Cəfər Yusifov () — Bakı Metropoliteninin sabiq rəisi (1993–1998).

Həyatı Cəfər İsa oğlu Yusifov 1945-ci il oktyabrın 13-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində qızdırıcı sistemlər və ventilyasiya qurğuları mühəndisi ixtisası üzrə təhsil alıb. Bakı metropolitenində 1968-ci ildə tunel fəhləsi kimi işləməyə başlayıb. Metropolitendəki əmək fəaliyyəti dövründə tunel ustası və distansiya rəisi, 1988-ci ildən isə Tunel qurğuları xidmətinin rəisi vəzifəsinə yüksəlib. 1993-cü ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib, 1997-ci il iyulun 27-nə qədər bu vəzifəni icra edib.

15 dekabr 2023-cü il tarixində vəfat edib.

Təltifləri C. Yusifov 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Şöhrət" ordeninə layiq görülüb. Bakı metropolitenində göstərdiyi xidmətlərə görə "Fəxri dəmiryolçu" döş nişanı ilə təltif edilib.https://achiqkitab.aztc.gov.az/az/file/view/xxi-esrin-baki-metropoliteni.pdf

İstinadlar

Kateqoriya:Bakı Metropoliteninin rəhbərləri