Babək tammetrajlı bədii filmi rejissor Eldar Quliyev tərəfindən 1979-cu ildə ekranlaşdırılmışdır."Babək" Belarus telekanalında nümayiş etdirilib: [Eldar Quliyevin quruluşunda] //Mədəniyyət.- 2015.- 7 avqust.- S.2. Film "Mosfilm" və "Azərbaycanfilm" kinostudiyalarının birgə məhsuludur. Babəkin azadlıq hərəkatı filmin əsasını təşkil edir. Azərbaycan SSR-in ən bahalı filmidir. Filmdə əsas rolları Rasim Balayev, Həsənağa Turabov, Amaliya Pənahova, Tamara Yandiyeva, Şahmar Ələkbərov, Məmməd Verdiyev, Hamid Azayev və Ənvər Həsənov ifa edirlər.

Məzmun Film Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunmuşdur. Burada qəhrəmanın həyat yolu və fəaliyyəti öz əksini tapmışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.101.

Film haqqında Filmə Rusiya SFSR 650 min, Azərbaycan SSR isə 1 milyon rubl ayırmışdır. Film 1-ci kateqoriya almışdır. Filmin bir il ərzində 35 milyon tamaşaçısı olub. Film 60-a yaxın ölkə tərəfindən alınmışdır.

Filmin heyəti

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Ənvər Məmmədxanlı Rejissor: Eldar Quliyev Operator: Rasim İsmayılov Rəssam: Mayis Ağabəyov Qeyim üzrə rəssam: Tahir Tahirov Bəstəkar: Polad Bülbüloğlu

Rollarda Rasim Balayev — Babək əl-Xürrəmi Həsənağa Turabov — Afşin Amaliya Pənahova — Zərnisə Tamara Yandiyeva — Pərvin Şahmar Ələkbərov — Cavidan Məmməd Verdiyev — Buğday Hamid Azayev — Əzrək Ənvər Həsənov — Tərxan Hamlet Xanızadə – Xəlifə Mötəsim Hacımurad Yegizarov – Xəlifə Məmun Səməndər Rzayev – İbn Bəis Hacı Xəlilov – İbn Boyat Ramiz Məlikov – Səhl ibn Sumbat Eldəniz Rəsulov – Azin Muxtar Maniyev – İbn Muaz Əliabbas Qədirov – Fəzl Bahadur Əliyev – Divdad Mikayıl Mirzə – minbaşı Yaşar Məmmədov – Əbu İmran Gündüz Abbasov – Pərvinin atası Elxan Əhədzadə — igid Baxsis Gümrah Rəhimov — yaraqlı Süleyman Ələsgərov (aktyor) - Xürrəmili Əli Zeynalov - Xəlifə Məmunun adamı

Filmi səsləndirənlər Həsən Məmmədov — Xəlifə Məmun (Hacı Murad Yagizarov) (titrlərdə yoxdur) Tariyel Qasımov — Tərxan (Ənvər Həsənov) (titrlərdə yoxdur) Həsən Əbluc — igid Baxsis (Elxan Əhədzadə) (titrlərdə yoxdur) Xalidə Quliyeva — Pərvin (Tamara Yandiyeva) (titrlərdə yoxdur) Pərviz Bağırov — Buğday (Məhəmməd Verdizadə) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Pərvinin atası (Gündüz Abbasov) (titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu — yaraqlı (Gümrah Rəhimov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Əzrək (Hamid Azayev) (titrlərdə yoxdur) Əli Zeynalov — mətni oxuyan (titrlərdə yoxdur)

İstinadlar

Mənbə B. Nəbiyev. "Babək". "Kommunist" qəzeti. 22 may 1980-ci il. "Bakı" qəzeti. 3 may 1981-ci il. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16; 34; 154; 222. Eldəniz Quliyev, Canalı Mirzəliyev. Rasim Balayev. Bakı: 1999, səh. 58. "Mən və sən" qəzeti. 10 dekabr 1999-cu il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 196–201; 268; 271. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Həmçinin bax

Kateqoriya:1979-cu ilin Azərbaycan filmləri Kateqoriya:Babək Xürrəmi haqqında filmlər Kateqoriya:Eldar Quliyevin filmləri Kateqoriya:Orta əsrlər haqqında filmlər Kateqoriya:Xürrəmilər hərəkatı haqqında filmlər Kateqoriya:IX əsr haqqında tarixi filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:SSRİ-nin dram filmləri