Meysəri — Azərbaycan Respublikasının Şamaxı rayonunun Meysəri kənd inzibati ərazi dairəsində kənd. Kənd Meysəri bələdiyyəsinə aiddir.

Toponimikası XIX əsrdə Meysəri adlı kənd (87 ailə, 495 nəfər) qeydə alınmışdır. Kənd XV əsrdə səfəvilərin ordu hissələrindən birinin adı ilə adlandırılmışdır. Mənbələrin məlumatına görə, bu dövrdə ordunun "sol cinahı" cəvanğar və ya meysərə adlanırdı.

Coğrafiyası və iqlimi Kənd Zoğalava çayının sahilində, dağlıq ərazidə yerləşir.

Tarixi Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Meysəri kəndi Mirikənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Meysəri kənd Soveti yaradılmışdır.

Əhalisi Kənd əhalisi 795 nəfərdir ki, onun da 409 nəfərini kişilər, 386 nəfərini isə qadınlar təşkil edir.

Tanınmış şəxsləri Mirzə Sakit (1959–) — Azərbaycanlı satirik şair.

İqtisadiyyatı Kənddə 162 təsərrüfatı var.

Şəkilləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şamaxı rayonunun kəndləri