Adil Məmmədtağı oğlu Sadıqov () — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Lenin Rayon Komitəsinin birinci katibi (1981–1987), Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı.
Həyatı Adil Məmmədtağı oğlu Sadıqov 25 dekabr 1941-ci ildə Bakıda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra "Azərneft" Birliyinin "Leninneft" Neft və Qazçıxarma İdarəsində neftçıxarma operatoru vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Burada o, sahə rəisi, böyük mühəndis – mədən müdirinin müavini, mədən müdiri, mərkəzi mühəndis-texnoloji xidmət rəisinin müavini işləmişdir.
Adil Sadıqov 1974-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Kimya və neft sənayesi şöbəsinin təlimatçısı, şöbə müdirinin müavini vəzifələrində çalışmış, 1981-ci ildə isə Azərbaycan KP Lenin Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1987-ci ildə Azərbaycan KP MK-nın Kimya və neft sənayesi şöbəsinin müdiri təyin edilmiş, 1989-cu ildən isə Azərbaycan KP MK yanında partiya nəzarəti komissiyasının üzvü olmuşdur.
Adil Sadıqov 1969-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Ali Sovetin Sənaye komissiyasının üzvü olmuşdur.
Adil Sadıqov 14 yanvar 1990-cı ildə 49 yaşında vəfat etmişdir.
Ailəsi Həyat yoldaşı — Zemfira Sadıqova (01.12.1941 — 21.03.2023) Oğlu Fuad Sadıxov (27.07.1971– 12.11.2015) Nəvəsi Zemfira Sadıxova (2003) - İnşaat Mühəndisi. Nəvəsi Fidan Sadıxova (2007) - Memar - Rəssam.
Oğlu Azad Sadıxov (08.01.1973) Nəvəsi Adil Sadıxov (2000) Nəvəsi Cəmil Sadıxov (2004)
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Lenin Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri