Bencamin Çerç (; ) — ABŞ hərbçisi, ABŞ Ordusunun ilk cərrah generalı. O, 27 iyul–17 oktyabr 1775-ci il tarixlərində Kontinental Ordunun tibb xidmətinin "Baş həkimi və baş direktoru" kimi fəaliyyət göstərmişdir. Müharibədən əvvəlki illərdə Bostonun "Azadlıq oğulları" hərəkatında da fəal idi. Bununla belə, Amerika inqilabının əvvəlində Çerç Britaniya komandiri general Tomas Geycə də məxfi məlumat göndərirdi. Onun Bostona yazdığı məktublarından biri ələ keçiriləndən sonra Çerç "düşmənlə ünsiyyətdə olmaqda" mühakimə olunmuşdur. Həbsxanaya yerləşdirilən lakin nəhayət azad edilmişdir. Onun 1778-ci ildə Karib dənizində bir yerdə həlak olduğu güman edilir.

İstinadlar

Əlavə ədəbiyyat

Nagy, John A. Dr. Benjamin Church, Spy: A Case of Espionage on the Eve of the American Revolution. 2013. ISBN 978-1-59416-184-1. Parts of this article were originally based on public domain text produced by the U.S. government. Allen French, General Gage's Informers (1932).

Kateqoriya:ABŞ cərrahları