Adnalı — Azərbaycan Respublikasının Şamaxı rayonunun Adnalı kənd inzibati ərazi dairəsində kənd. 27 iyun 2003-cü il tarixli 493-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şamaxı rayonunun Adnalı kəndi Çarhan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Adnalı kənd inzibati ərazi vahidi yaradılmışdır.
Coğrafiyası və iqlimi Kənd Ələt–Ləngəbiz silsiləsinin şimal yamacında, rayon mərkəzindən 7,5 km cənub–qərbdə yerləşir.
Əhalisi Kənd əhalisi 941 nəfərdir ki, onun da 467 nəfəri kişi, 474 nəfəri isə qadınlar təşkil edir.
İqtisadiyyatı Kənddə 175 təsərrüfat var.
Mədəniyyəti Kənddə klub və kitabxana var.ADNALI — Şamaxı Ensiklopediyası
Təhsil Kənddə tam orta məktəb və uşaq bağçası fəaliyyət göstərir.
Din Kənddə Adnalı kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR — 2015-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
Səhiyyə Kənddə tibb məntəqəsi mövcuddur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şamaxı rayonunun kəndləri