Aşağı Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində kənd.

Toponimikası Oykonim "Daşkəsən yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir. Daşkəsən filiz mədənlərinin istismarı ilə əlaqədar olaraq Böyük Vətən müharibəsindən sonra yaranmış yaşayış məntəqələrindəndir.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Qoşqarçayın sahilində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19992331161172009↗385↗183↗202

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti Kənddə Aşağı Daşkəsən kənd kitabxana filialı, Aşağı Daşkəsən kənd klubu, Aşağı Daşkəsən feldşer-mama məntəqəsi fəaliyyət göstərir.

Təhsil Kənddə 80 şagird yerlik Daşkəsən rayon Aşağı Daşkəsən qəsəbə G.İsmayılov adına tam orta məktəb fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Aşağı Daşkəsən kənd tibb məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Daşkəsən (qəsəbə, Daşkəsən) qəsəbə inzibati ərazi dairəsindəki yaşayış məntəqələri