Aranlı (əvvəlki adı: Tatyanovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çinarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd Sovetindəki Tatyanovka kəndi Aranlı kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd Sovetindən Aranlı kəndi Çinarlı kənd Sovetinin tərkibinə verilmişdir.
Toponimikası Kəndi XIX əsrin sonlarında Rusiyadan köçürülmüş ailələr salmışlar. 1991-ci ilədək Tatyanovski, Tatyanovka adlandırılmışdır. Oykonim "düzənlikdə yaşayanlar, arandan gələnlər" mənasındadır.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd düzənlikdə yerləşir. İran İslam Respublikası ilə sərhəddir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19994802452352009↗591↗311↗280
İqtisadiyyatı
Mədəniyyəti Kənddə Aranlı kənd kitabxana filialı fəaliyyət göstərir.
Təhsil Kənddə Aranlı kənd ümumi orta məktəbi fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri var.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:Çinarlı (Biləsuvar) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri