thumb|Azərbaycan bayquşları mövzusunda olan poçt markaları. Poçt markalarında quşlar tematik poçt kolleksiyaçılığının populyar mövzulardan biridir. Üzərində quş təsviri olan poçt markasına quş markası da deyilir.
Tarixi Poçt markalarında quşlar 1875-ci ildən etibarən təsvir olunur. Həmin il Yaponiyada ağ quyruqsallayan, əkin qazı və tetraçalan təsviri olan üç poçt markası buraxılmışdır.Malcolm Ogilvie, "Birds on Stamps" , Birds of Britain: The Monthly Web Magazine for Birdwatchers, March 2002. ABŞ-də quş təsviri olan ilk poçt markası (qanadlarını açmış qartal) 1869-cu ilə aiddir. Böyük Britaniya quş təsviri olan ilk poçt markasını 1963-cü ildə "Nature Week" nəşri üçün buraxmışdır.
2003-cü ilə qədər dünyada quş təsviri olan 10.000-dən çox poçt markası buraxılmışdır.
Kolleksiyaçılar Quş təsviri olan poçt markalarının məşhur kolleksiyaçısı Kris Qibbins hesab olunur. Onun kolleksiyasına 3000-dən çox quş növünü əhatə edən 12.000-dən çox poçt markası daxildir. Quş markası kolleksiyaçılığına diqqət ayıran təşkilatlara Amerika Tematik Assosiasiyası və Quş Markası Cəmiyyəti daxildir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Tematik poçt markaları