Robert Uillner ( ; 21 iyun 1929, Nyu York - 15 aprel 1995 ) HİV-in inkar edilməsində rolu ilə tanınan Florida həkimi idi.
HİV-i inkaretmə nəzəriyyəsi "Ölümcül yalan" kitabında ( ) HİV və QİÇS arasında əlaqəyə dair öz nöqteyi-nəzərini təsvir etmişdir. Onun tibbi lisenziyası 1990-cı ildə QİÇS xəstələrini ozon terapiyası ilə müalicə etdiyi üçün ləğv edildi. Onun fikrincə, QİÇS-ə zəif qidalanma, narkotiklər və ən əsası tanınmış antiretrovirus preparat zidovudin səbəb olur ki, bu preparat HİV-in müalicəsində əsas dərman kimi tətbiq edilir.
28 oktyabr 1994-cü ildə Şimali Karolina ştatındakı oteldə keçirilən mətbuat konfransında Uillner HİV-ə yoluxmuş bir xəstədən götürüldüyünü qeyd etdiyi qanı barmağını sancdı. O, bu yolla insanların onun yalan hesab etdiyi HİV-in mövcudluğuna inanmalarına son qoymaq istəyirdi.
Uillner QİÇS-in inkarçısı olmaqla yanaşı, amigdalin, xelatlar və qlioksilidin istifadəsi ilə xərçəng müalicəsinə qeyri-ənənəvi yanaşmaları ilə də tanınır. 1995-ci ildə Uillner iddia edirdi ki, pəhriz, həyat tərzi dəyişiklikləri, sanitariya ilə bütün xəstəliklərin qarşısını almaq mümkündür.
Ölümü Uillner 15 aprel 1995-ci ildə ürək tutmasından, yəni infarktdan vəfat edib.
Kitabları
Acupressure: Məxfi hesabat, 1979 Zövq prinsipi pəhrizi: Daimi necə arıq qalmaq olar, sevdiyiniz yeməkləri yeməklə, 1985 Xərçəng Həlli, 1994
İstinadlar Kateqoriya:ABŞ həkimləri Kateqoriya:1995-ci ildə vəfat edənlər Kateqoriya:15 apreldə vəfat edənlər Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:1929-cu ildə doğulanlar Kateqoriya:21 iyunda doğulanlar