DALL·E, DALL·E 2 və DALL·E 3 — təbii dil açıqlamalarından (promptlar) rəqəmsal şəkillər yaratmaq üçün dərin öyrənmə metodologiyalarından istifadə edərək OpenAI tərəfindən hazırlanmış mətndən-şəklə çevirici modellər. Orijinal DALL·E OpenAI tərəfindən 5 yanvar 2021-ci ildə bloq yazısında elan edilib və şəkillər yaratmaq üçün modifikasiya olunmuş GPT-3 versiyasından istifadə edir. 6 aprel 2022-ci ildə OpenAI "konseptləri, atributları və üslubları birləşdirə bilən", daha yüksək çözümlülükdə daha real təsvirlər yaratmaq üçün nəzərdə tutulmuş yeni versiyanı — DALL·E 2-ni elan etdi. 2023-cü ilin sentyabrında OpenAI, əvvəlki iterasiyalarla müqayisədə "əhəmiyyətli dərəcədə daha çox nüans və təfərrüatı" başa düşməyə qadir olan DALL·E 3-ü elan etdi.
20 iyul 2022-ci ildə DALL·E 2, gözləmə siyahısında olan 1 milyon şəxsə göndərilən dəvətlərlə beta mərhələsinə keçdi; istifadəçilər hər ay pulsuz olaraq müəyyən sayda şəkil yarada və daha çoxunu satın ala bilirdilər. Etika və təhlükəsizliklə bağlı narahatlıqlara görə əvvəllər araşdırmaya baxış üçün giriş sadəcə öncədən seçilmiş istifadəçilərə verilmişdi. 28 sentyabr 2022-ci ildə DALL·E 2 ictimai olaraq açıldı və gözləmə siyahısı tələbi silindi.
2022-ci ilin noyabr ayının əvvəlində OpenAI DALL·E 2-ni API olaraq buraxdı və tərtibatçılara modeli öz tətbiqlərinə inteqrasiya etməyə imkan verdi. Microsoft, Bing və Microsoft Edge-ə daxil edilmiş Designer proqramında və Image Creator alətində DALL·E 2 tətbiqini təqdim etdi. API təsvirə görə qiymət əsasında işləyir, qiymətlər təsvirin keyfiyyətindən asılı olaraq dəyişir. OpenAI ilə işləyən şirkətlər üçün endirimlər mövcuddur.
DALL·E 3 2023-cü ilin oktyabrında ChatGPT Plus və ChatGPT Enterprise müştəriləri üçün ChatGPT-də yayımlandı. OpenAI-nin API və "Labs" platforması ilə birlikdə ilin sonunda buraxılması gözlənilir. Microsoft modeli Bing-in Image Creator alətində tətbiq edib və onu öz Designer proqramında tətbiq etməyi planlaşdırır.
Layihənin adı animasiya robotu Pixar personajı WALL-E və ispan sürrealist rəssam Salvador Dalinin adından yaradılmış mürəkkəb sözdür.
Həmçinin bax DeepDream Google Brain Midjourney Stable Diffusion
İstinadlar
Xarici keçidlər
DALL-E 3 System Card DALL-E 3 paper by OpenAI DALL-E 2 veb-saytı Craiyon veb-saytı
Kateqoriya:OpenAI Kateqoriya:2021-ci ildə ABŞ-də yarananlar Kateqoriya:Təbii dilin emalı Kateqoriya:Microsoft Kateqoriya:Maşın öyrənməsi Kateqoriya:Dərin öyrənmə Kateqoriya:ChatGPT