Bismillah — rejissor Abbas Mirzə ŞərifzadəKazımzadə, A. "Bismillah" filminin 85 yaşı tamam olur: [Görkəmli teatr aktyoru, rejissor Abbas Mirzə Şəfizadənin eyni adlı filmi haqqında] //Mədəniyyət.- 2010.- 25 avqust.- S. 10. tərəfindən 1925-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azdövlətkinosənaye"də istehsal edilmişdir. Dini fanatizm əleyhinə təşviqat-təbliğat məqsədilə çəkilmiş film yalançı mollaların törətdikləri cinayətlərdən bəhs edir. Əsas rolları Mirzəağa Əliyev, K.Vyaznova, Mustafa Mərdanov, T.Vişnevskaya və İbrahim Azəri ifa edirlər.

Film SSRİ-nin ilk illərində dinlə mübarizə və ateizmin təbliği məqsədilə çəkilib.

Məzmun Dini fanatizm əleyhinə təşviqat-təbliğatAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 66. məqsədilə çəkilmiş film yalançı mollaların törətdikləri cinayətlərdən, dilsiz və yoxsul kəndlilərin başına gətirilən oyunlardan, öz xeyri üçün fırıldaqçı mollalara tərəfdar çıxan yerli bəylərin əməllərindən bəhs edir.Burada Azərbaycan qadınının köhnə adət-ənənələrə qarşı fəal etirazı da öz əksini tapmışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 24

Film haqqında Film Azərbaycanın ilk milli kinorejissoru Abbas Mirzə Şərifzadənin rejissor kimi bədii kinoda ilk işidir.

Filmin rejissoru Abbas Mirzə Şərifzadə "xalq düşməni" elan olunduqdan sonra onun adı lentdən vəhşicəsinə cırılıb götürülmşdür.

Filmdə məhərrəmlik görüntüləri xronikal kadrlardır, yəni Aşura günündə Bakıda çəkilib. Aktyor Mustafa Mərdanov isə özlərini döyənlərin arasına qatılmış və kinonun o səhnəsi beləcə quraşdırılmışdır.

Baş Kinolaşdırma İdarəsi (Moskva) filmi yüksək qiymətləndirərək sovetlər ekranına layiq görüb.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Abbas Mirzə Şərifzadə Ssenari müəllifi: Pavel Blyaxin Operator: Arkadi Yalovoy Rəssam: K.Yevseyev, A.Plaksik

Rollarda Mirzəağa Əliyev — molla Mirzə Əbdürrəhim K.Vyaznova — Zeynəb Mustafa Mərdanov — muzdur Qulu T.Vişnevskaya — Hökümə İbrahim Azəri — Cəfər Mirseyfəddin Kirmanşahlı — bəy Kazım Ziya — molla Rövzəxan Möhsün Sənani — qoçu

İstinadlar

Mənbə Yenici. “Bismillah” şəkili. [Eyniadlı Azərbaycan kinofilmi haqqında] //Yeni yol.- 1925.- 2 dekabr. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 17. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20-22. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.

Həmçinin bax

Kateqoriya:1925-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Səssiz filmlər Kateqoriya:Abbas Mirzə Şərifzadənin filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanın dram filmləri