Mama — Endi Muşyettinin rejissorluğunda İspaniya və Kanada ortaq istehsalı olan 2013-cü il qorxu filmi.Mama 2013. İstifadə tarixi: 16 iyun 2026.

Süjet

2008-ci ildə maliyyə böhranında var-dövlətini itirdikdən sonra pərişan olan birja dəllalı Cefri Desanc kiçik qızları 3 yaşlı Viktoriya və 1 yaşlı Lilini aparmazdan əvvəl həmkarlarını və ayrıldığı arvadını öldürür. Qarlı yolda təhlükəli sürən Cefri və qızlar avtomobil qəzasına düşür. Ancaq onlar sağ-salamat qəzadan qurtula bilirlər, amma Viktoriyanın eynəyi sınır. Cefri uşaqları tərk edilmiş bir evə aparır. Qızlarını və sonra özünü öldürməyi plandıran Cefri Viktoriyanı vurmağa hazırlaşarkən kölgəli bir fiqur tərəfindən öldürülür.

Beş ildən sonra Cefrinin eyni yumurt akizi qardaşı Lukasın maliyyələşdirdiyi xilasetmə qrupu indi 8 yaşlı Viktoriya və 6 yaşlı Lilini tərk edilmiş evdə sağ, amma illərlə təcrid olunduqları üçün vəhşiləşmiş vəziyyətdə tapır. Qızlar doktor Cerald Dreyfusun nəzarəti altında klinikaya yerləşdirilir. Onlar sirli ana qoruyucu fiquru olan "Mama"dan bəhs edirlər. Qızlar əvvəlcə Lukasa düşmən münasibət bələyirlər. Lakin Viktoriya eynəyi verildikdən sonra onu düzgün şəkildə görür və tanıyır. Viktoriya mədəni ev həyatına tez alışır, Lili isə vəhşi davranışlarının çoxunu saxlayır.

Lukas sirli varlıq tərəfindən hücuma məruz qalır və komaya girir. Beləliklə Annabel qızlara tək baxmağa məcbur olur. Annabel ilə Viktoriyanın arası get-gedə düzəlir. Amma Lilli yenə də mədəni həyata qarşı soyuqdur. Qəribə qadının kabusları və Viktoriyanın Mama haqqında xəbərdarlığından təşvişə düşən Annabel Dreyfusdan araşdırma aparmasını xahış edir. Dreyfusun araşdırması 1800-cü illərdə vəfat edən ruhi xəstə sığınacaq xəstəsi Edit Brennanın hekayəsini işıqlandırır. Dreyfus hökumət anbarından içində körpənin qalıqları olan qutunu çıxarır.

Annabel Editin keçmişini açan bir yuxu görür. Edit sığınacağa göndərilərkən uşağı rahibələrə verildi. O, qaçıb körpəsini geri götürərək rahibəsi bıcaqlayıb. Təqibçilərdən qaçaraq hündür bir uçurumdan tullandı, amma aşağıdakı suya çatmamış o və körpə bpyük bir budaqla toqquşdular. Edit boğuldu, amma uşağımn cəsədi budaqdan asılı qaldı. Annabel anlayır ki, Edit uşağın ağacda asılı qaldığını və niuə onunla birlikdə suda olmadığını başa düşməyib. Editin qorxunc ruhu Mama Viktoriya və Lilini tapana və onlara analıq edənə qədər illər boyu öz uşaöını meşədə axtarıbmış.

Ölən əkizinin görüntüsü ona qızlarını xilas etməyi söylədikdən sonra Lukas özünə gəlir. Viktoriyanın Annabelllə artan yaxınlığı ou Lilidən fərlqi olaraq Mama ilə oynamağa daha az həvəsli edir. Dreyfuss tərk edilmiş evə gedir və Mama tərəfindən öldürülür. Mama həmçinin qızların xalası Cini öldürür və uşaqları aparmaq üçün onun bədənindən istifadə edir. Annavel və Lukas uşaqları Mama və körpəsinin tullandığı eyni uçurumda tapırlar.

Uşağının qalıqlarını Dreyfusun qutusunda tapan Annabel onu Mamaya uzadır. Mama itirdiyi körpəsini tanıyır və onun görünüşü qısa müddətə insana çevrilir. Bununlabelə Lili Mamanı çağırır və Mama qorxunc formuna geri qayıdır, qızları götürməyə cəld göstərir. Viktoriyada Liliyə Mama ilə getmək yerinə Annabel ilə qalmaq istədiyini deyir. Mama bunu qəbul edir və Lili ilə birlikdə uçurumdan aşağı düşür. Mama və Lili budaqla toqquşmazdan əvvəl sevinclə uqucaqlaşırlar və sonra güvə yığınına çevrilirlər. Annabel və Lukas Viktoriyanı qucaqlayır. Bu an Viktoriya əlinə güvənin qonmasını görür və Lilinin hələ də ruhən onunla olduğunu anlayır.

Aktyor heyəti Jessika Kastain — AnnabelJessica Chastain. İstifadə tarixi: 16 iyun 2026. Nikolaj Koster-Valdau — Lukas, CefriNikolaj Coster-Waldau. İstifadə tarixi: 16 iyun 2026. Meqan Çarpenter — ViktoriyaMegan Charpentier. İstifadə tarixi: 16 iyun 2026. İzabella Nelisse — LilliIsabelle Nélisse. İstifadə tarixi: 16 iyun 2026. Caviar Botet — MamaJavier Botet. İstifadə tarixi: 16 iyun 2026. Daniel Kaş — Dr. DreyfussDaniel Kash. İstifadə tarixi: 16 iyun 2026. Morqan Makqarri — gənc ViktoriyaMorgan McGarry. İstifadə tarixi: 16 iyun 2026. Devid Foks — BörnsiDavid Fox. İstifadə tarixi: 16 iyun 2026. Dominik Kutsokrea — RonDominic Cuzzocrea. İstifadə tarixi: 16 iyun 2026.

Xristofer Marren — PolisChristopher Marren. İstifadə tarixi: 16 iyun 2026. Culia Şantrey — NinaJulia Chantrey. İstifadə tarixi: 16 iyun 2026.2

İstehsal "Mama" ölkədaxili 12.4 milyon dolar gəlir əldə edib. İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qorxu filmləri Kateqoriya:2013-cü ilin Kanada filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Disfunksional ailələr haqqında filmlər Kateqoriya:İngiliscə Kanada filmləri Kateqoriya:Uşaqlar haqqında filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2008-ci il haqqında filmlər Kateqoriya:2010-cu illərin bədheybət filmləri Kateqoriya:2010-cu illərin fövqəltəbii qorxu filmləri Kateqoriya:Virciniya haqqında filmlər Kateqoriya:2013-cü il haqqında filmlər Kateqoriya:Qatillər haqqında filmlər Kateqoriya:Kabus filmləri Kateqoriya:2010-cu illərin kabus filmləri Kateqoriya:Triller dram filmləri Kateqoriya:Qısametrajlı filmlərə əsaslanan filmlər Kateqoriya:2013-cü ilin rejissor debütləri