Federal Kommunikasiya Komissiyası (FKK) () — ABŞ-də radio, televiziya, simli, peyk və kabel kommunikasiyasını tənzimləyən müstəqil agentlik. FKK genişzolaqlı şəbəkəyə çıxış, ədalətli rəqabət, radiotezlikdən istifadə, media məsuliyyəti, ictimai təhlükəsizlik və vətən təhlükəsizliyi () sahələrində yurisdiksiyasını saxlayır.
FKK 1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktı əsasında Federal Radio Komissiyasının radio tənzimləmə funksiyalarını əvəz etmək üçün yaradılmışdır. Daha sonra simli kommunikasiya tənzimləməsini Ştatlararası Kommersiya Komissiyasından təhvil almışdır. FKK-nın səlahiyyətli yurisdiksiyası 50 ştatı, Kolumbiya dairəsini və ABŞ-nin ərazilərini əhatə edir. O həmçinin Şimali Amerikanın digər ölkələrindəki oxşar kommunikasiya qurumları üçün müxtəlif səviyyələrdə əməkdaşlıq, nəzarət və liderlik təmin edir. FKK tamamilə tənzimləyici haqlar hesabına maliyyələşdirilir. Agentliyin 2022-ci ilə olan büdcəsi 388 milyon ABŞ dolları təşkil etmişdi. 2020-ci ilin iyul ayına olan məlumata əsasən 1,482 federal işçisi mövcuddur.
1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktının Birinci Bölməsində göstərilən və 1996-cı il Telekommunikasiya Aktı ilə düzəliş edilmiş FKK-nın missiyası (47 U.S.C. §151-ə düzəliş) "irqinə, rənginə, dininə, milli mənşəyinə və ya cinsinə görə ayrı-seçkilik etmədən, sürətli, səmərəli, ümummilli və dünya miqyasında simli və radio rabitə xidmətlərini mümkün qədər bütün ABŞ xalqına münasib ödənişlərlə adekvat imkanlarla təqdim etmək"dir. Bundan əlavə, akt FKK-nın "milli müdafiə məqsədi ilə" və "simli və radio kommunikasiyasından istifadə etməklə həyat və əmlakın təhlükəsizliyini təşviq etmək məqsədilə" yaradıldığını deyir.
Həmçinin 1999-cu il Hökumətin Fəaliyyəti və Nəticələri Aktına (GPRA) uyğun olaraq FKK 2018-22 Strateji Planında dörd məqsəd müəyyən edilmişdir: Rəqəmsal Bölünmənin Bağlanması, İnnovasiyaların Təşviqi, İstehlakçıların və İctimai Təhlükəsizliyin Mühafizəsi və FKK İcraatlarında İslahat. Həmçinin bax Bip səsi
İstinadlar
Əlavə ədəbiyyat The FCC Doesn't Need to Be By Peter Suderman, April 5, 2010 New Wave: The case for killing the FCC and selling off spectrum By Jack Shafer, January 17, 2007 FCC Hits Chinese Company C.T.S. Technology Co. Ltd with Record Fine for Selling Signal Jammers from the pcmag Harvey J. Levin: Pioneering the Economics of the Airwaves The Invisible Resource: Use and Regulation of the Radio Spectrum Papers of Robert E. Lee, Commissioner of the FCC, 1953–1981, Dwight D. Eisenhower Presidential Library The Federal Communications Commission: Current Structure and Its Role in the Changing Telecommunications Landscape
Xarici keçidlər
FCC Rules (CFR Title 47) in the Code of Federal Regulations FCC in the Federal Register FCC on USAspending.gov The FCC Record from the UNT Digital Library
Kateqoriya:Vaşinqton təşkilatları Kateqoriya:1934-cü ildə yaradılmış təşkilatlar Kateqoriya:ABŞ-nin federal agentlikləri Kateqoriya:Rabitə Kateqoriya:Kütləvi informasiya vasitələrinin tənzimlənməsi