Ördəkli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ördəkli kənd inzibati ərazi dairəsində kənd. Ördəkli kəndi Bəsitçayın sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Hacısürınü (Hacı Hüseynli) olmuşdur. Yaşayış məntəqəsi əvvəllər indiki ərazidən 1,5 km şimalda Hacisurınü adı ilə mövcud olmuşdur. XIX əsrin ortalarında kəndin əhalisi Ördəkli yer adlanan daha əlverişli sahəyə köçmüş və о vaxtdan Ördəkli adlanmışdır. Tədqiqatçilar kəndin belə adlanmasını orada ördəyin çox olması ilə əlaqələndirirlər. Oğuz tayfalarının tərkibində də ördəklilərin adı çəkilir.

1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

İstinadlar

Kateqoriya:Zəngilan rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri