Bayquş evi () — tərəfindən yaradılmış cizgi serialı. 10 yanvar 2020-ci ildən 8 aprel 2023-cü ilə qədər Disney kanalında yayımlanmışdır.
"Bayquş evi" LGBTQ+ personajların ön planda olduğu ilk Disney cizgi serialıdır. Serial tənqidçilər və tamaşaçılar tərəfindən bəyənilmiş, 2021-ci ildə "" mükafatına layiq görülmüşdür.
Təsvir Əsərin süjet xətti Luz Noseda adındakı dominikan mənşəli amerikalı məktəbli qızın başına gələn qeyri-adi macəralardan bəhs edir. On dörd yaşlı qəhrəmanımız sirli bir qapıdan keçərək özünü İblislər Aləmi adlanan ecazkar məkanda tapır. Düşdüyü bu qəribə diyarda, Qaynamış adalar deyilən ərazidə, "Bayquş Xanım" ləqəbli sehr ustası Eda ilə rastlaşır. Eda özünün şeytan dostu King ilə birgə yaşayır.
Luzun ən böyük arzusu sehr öyrənməkdir. Doğuşdan heç bir sehrbazlıq qabiliyyəti olmasa da, bu onu öz məqsədindən döndərə bilmir. Bayquş Evində məskunlaşan Edanın himayəsində cadugərlik elminin incəliklərini mənimsəməyə başlayır. Zaman keçdikcə Bayquş Evinin sakinləri ilə münasibətləri möhkəmlənir. Onlar Luz üçün doğmaları qədər əziz olurlar.
İstinadlar
Kateqoriya:ABŞ cizgi serialları Kateqoriya:Disney Channel orijinal proqramları Kateqoriya:Disney qalmaqalları Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Animasiya serialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Qorxu teleserialları Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:Pibodi mükafatı qazanan televiziya proqramları