Guts — amerikalı müğənni Oliviya Rodriqonun ikinci studiya albomu. 8 sentyabr 2023-cü ildə "Geffen Records" tərəfindən buraxılıb. Albomdan ilk sinql "Vampire" 30 iyun 2023-cü ildə buraxılıb və çox qısa zamanda Billboard Hot 100 hit-paradında birinci mövqeyi tutmuşdur. İkinci sinql "Bad Idea Right?" 11 avqust 2023-cü ildə yayımlanıb, mahnı ABŞ-nin Billboard "Hot Rock & Alternative Songs" hit-paradının ilk onluğuna daxil olmuşdur.

Trek siyahısı

Kateqoriya:2023-cü ilin musiqi albomları Kateqoriya:Oliviya Rodriqo albomları Kateqoriya:Geffen Records albomları