İkinci Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd.
Kənd Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Hüseynxanlı olmuşdur. Yerli əhali arasında Orta Ağalı da adlanır. Oykonimin birinci komponenti r-nun ərazisindəki Ağalı adlanan üç yaşayış məntəqəsini bir–birindən fərqləndirməyə xidmət edir.Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti I cild, Bakı “Şərq-Qərb”, 2007
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ildə Birinci Ağalı və Üçüncü Ağalı kəndləri ilə birləşdirilib.
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri