Birinci Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Tarixi Birinci Ağalı kəndi Həkəri çayının sol sahilində, dağətəyi düzənlikdədir. Kənd yerli əhali arasında Böyük Ağalı, yaxud Aşağı Ağalı kimi də tanınır. Azərbaycan toponimiyasında "birinci" komponenti "əvvəlinci", "ilkin", "baş", "Aşağı və ya yuxarı", "böyük" mənalarını verir. Ağalı komponenti isə burada məskunlaşmış nəslin adıdır. Etnotoponimdir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.139

2022-ci ildə İkinci Ağalı və Üçüncü Ağalı kəndləri ilə birləşdirilib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Zəngilan rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri