Addams ailəsi () — amerikalı karikaturaçı Çarlz Addams tərəfindən yaradılmış uydurma ailə. Çarlzın çəkdiyi rəsmlər 1938-ci ildən 1988-ci ilə qədər "The New Yorker" jurnalda çap olunub. Addams ailəsi haqqında teleseriallar, filmlər, videooyunlar, komikslər və bir çox şey istehsal olunmuşdur.
Addams ailəsi başqalarının onları qəribə və ya qorxulu hesab edə biləcəyindən tamamilə xəbərsiz olan, qaranlıq və qorxulu şeylərdə sevinc tapan özünəməxsus imkanlı ailədir. Bu ailənin personajlarına 1964-cü ildə serial çəkilənə qədər ad verilməmişdir. Addams ailəsi Qomez və Morticia Addams, onların uşaqları Venzdey və Paqsli, həmçinin onların yaxın qohumları Fester əmi və Nənədən ibarətdir. Həmçinin onların Lurch adlı sadiq nökərləri də vardır.
İstinadlar
Kateqoriya:1938-ci ilin komiks debütləri Kateqoriya:ABŞ komiks stripləri Kateqoriya:Addams ailəsi Kateqoriya:Animasiya serialına uyğunlaşdırılmış komikslər Kateqoriya:Filmə uyğunlaşdırılmış ABŞ komiksləri Kateqoriya:Komiks personajları Kateqoriya:Qot sub-mədəniyyəti Kateqoriya:Pyesə uyğunlaşdırılmış komikslər Kateqoriya:Uşaq teleserialları Kateqoriya:Videooyunlara uyğunlaşdırılmış komikslər