Doqquzpunktlu xətt, "U" formalı xətt və ya doqquztireli xəritə — Çinin Cənubi Çin dənizindəki ərazi iddialarını müəyyən etmək üçün istifadə etdiyi xətt. Bunlar Vyetnam və Tayvanın iddia etdiyi Parasel adaları, mülkiyyət hüququ Filippin, Çin, Bruney, Malayziya, Tayvan, Vyetnam və digərləri tərəfindən mübahisə mövzusu olan Spratli adalarıdır. Bəzi yerlər Çin, Tayvan və Vyetnam tərəfindən meliorasiyaya məruz qalmışdır. "Doqquzpunktlu xətt" xəritəsi 1947-ci ildə Çinin milliyyətçi hökuməti tərəfindən təqdim edilmişdir.

Vyetnamda "" – "inək dili xəritəsi" və ya "inək dili yolu" kimi də tanınır. Çin mənbələrinə görə, bu xətt ilk dəfə 1948-ci ilin fevralında Çində özəl nəşrlərdə dərc edilmiş xəritələrdə onbirpunktlu xəttdən ibarət "U" formalı xətt kimi meydana çıxmışdı. Bununla belə, Çin hökumətinin Batlonqvi adasını və ona bitişik su ərazilərini Vyetnama vermək qərarına əsasən, 1953-cü ildə ÇXR baş naziri Çjou Enlayın göstərişi ilə dəyişikliklər edilmiş, nəticədə indiki "doqquzpunktlu xətt" ortaya çıxmışdır.

Bu xətt Cənubi Çin dənizinin sularında materik Çinindən və Haynan adasından Malayziya və Bruney sahillərinə qədər demək olar ki, ekvatorda Çin maraqları zonasını müəyyən edir.

İstinadlar

Xarici keçidlər

- the published presentation notes, including supportive illustrations and footnotes for a presentation at the Philippine Institute for Marine and Ocean Affairs of the López Museum and Library (event release)

Kateqoriya:Cənubi Çin dənizi Kateqoriya:Bruneyin xarici siyasəti Kateqoriya:Çin sərhədləri Kateqoriya:Filippinin xarici siyasəti Kateqoriya:Malayziyanın xarici siyasəti Kateqoriya:Vyetnamın xarici siyasəti Kateqoriya:Çinin inzibati bölgüsü Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Çinin ərazi mübahisələri