Yenbay () — Vyetnamın şimalında şəhər, Yenbay vilayətinin paytaxtı.

Tarixi 9 fevral 1930-cu ildə Yenbayda yerləşən Tonkin korpusunun 4-cü alayının bir hissəsi Fransa zabitlərinə qarşı üsyan qaldırmışdı. Üsyan eyni alayın qüvvələri tərəfindən yatırılmışdı, lakin bu, 1930–1931-ci illərdə Fransa hökmranlığına qarşı bu cür genişmiqyaslı qiyamın başlanğıcı olmuşdu.

Coğrafiyası Mütləq hündürlüyü dəniz səviyyəsindən 45 metr yüksəkdir. Ölkənin paytaxtı Hanoy şəhərindən 160 km, Hoşimin şəhərindən isə 1,879 km məsafədə yerləşir.

İstinadlar

Kateqoriya:Vyetnam şəhərləri