Vin () — Vyetnamın şimalında şəhər, Nqean vilayətinin paytaxtı. Vyetnamda birinci kateqoriyalı vilayət tabeliyində olan doqquz şəhərdən biridir.
Tarixi Vin keçmişdə bir çox ada malik olmuşdur. Onlar: Kevan, Kevin, Vinzyanq, Vindoanx və Vintxi. 1789-cu ildə şəhər Avropanın təsiri altında sadəcə Vin kimi xatırlanmağa başlamışdır.
5 sentyabr 2008-ci ildə şəhərin statusu ikinci şəhərdən birinci kateqoriyalı şəhərə yüksəldilmişdir. Şəhərin 2009-cu ildəki əhalisi 435,208 nəfər idi.
İstinadlar
Kateqoriya:Vyetnam şəhərləri Kateqoriya:Asiyanın liman şəhərləri