Miss Pereqrinin xüsusi uşaqlar üçün evi — Tim Burton tərəfindən 2016-cı ildə çəkilmiş fantaziya-macəra filmi. Ssenari Ransom Riqqsin 2011-ci ildə eyniadlı romanı əsasında Ceyn Qoldman tərəfindən yazılmışdır. Filmdə baş rolları Eva Green, Eysa Batterfild, Chris O'Dowd, Allison Janney, Rupert Everett, Terence Stamp, Ella Purnell, Cudi Dench və Samuel L. Jackson canlandırıb.
Çəkilişlər 2015-ci ilin fevralında Londonda başladı. 25 sentyabr 2016-cı ildə Texas ştatının Ostin şəhərində keçirilən Fantastic Fest-də premyerası olan film 20th Century Fox tərəfindən 30 sentyabr 2016-cı ildə ABŞ-də nümayiş etdirilmişdir.
Mövzu Dəhşətli bir ailə faciəsi səbəbindən 16 yaşlı "Jacob (Jake) Portman" əslində nə baş verdiyini öyrənmək üçün Uelsdəki sirli adaya getməyə məcbur olur. Babasından eşitdiyi uşaq nağılları daha mənalı olmağa başladıqca Jake-in adi həyatı birdən-birə qeyri-adiləşir. Fərqli bir dünyaya gəldikdən sonra Miss Pereqrin və onun "xüsusi" uşaqları ilə tanış olur. Lakin bu sehrli nağıl dəhşətli hala gəlməyə başlayır. Jake öz sevdiklərini babasının keçmişindən, qorxulu cənab Barronun başçılıq etdiyi təhlükəli canavarlardan qorumaq üçün həyati bir qərar verməlidir.
Aktyor və personajlar
Eva Green: Xanım "Alma LeFay Peregrine" rolunda, Miss Pereqrinin özünəməxsus uşaqlar evinin ciddi, lakin mehriban sahibi. O, quşa çevrilmək qabiliyyətinə malikdir. Eysa Batterfild: Miss Pereqrinin özünəməxsus uşaqlar evini ziyarət edən 16 yaşlı Amerikalı yeniyetmə "Jacob (Jake) Portman" rolunda. Chris O'Dowd: "Franklin Portman" rolunda, Abraham ilə problemli münasibəti olan Jake-in İrlandiyalı atası. Terens Stamp: Jake-in müəmmalı şəkildə ölən babası "Abraham Portman" rolunda. O, çuxurları görmə xüsusiyyətinə malikdir. Callum Wilson: gənc "Abraham Portman" rolunda. Judi Dench: "Miss Esmeralda Avocet", Miss Avocetin Xüsusi Uşaqlar Evinin sahibi. O, quşa çevrilmək qabiliyyətinə malikdir. Kim Dickens Jeke-in anası "Miss Portman" rolunda.
Xüsusi uşaqlar
Ella Purnell: Havanı idarə edə və su qabarcıqları yarada bilən aerokinetik yeniyetmə "Emma Bloom" rolunda. Uçmamaq üçün bir ağırlığa bağlanmalı və ya bir şeydən yapışmalıdır. Lauren McCrostie: Pirokinetik yeniyetmə "Olive Abroholos Elephanta" rolunda. Cameron King: Görünməz oğlan olan "Millard Nullings" rolunda. Pixie Davies: Fövqəlbəşər gücü olan "Bronwyn Bruntley" rolunda. Corciya Pemberton: Bitkilərə nəzarət edə bilən uşaq, "Fiona Frauenfeld" rolunda, Finlay MacMillan: Cansız cisimləri canlandıra bilən və ya məhdud müddət ərzində ölüləri dirildə bilən oğlan "Enoch O'Connor" rolunda, Milo Parker: Qarnında arı pətəyi olan uşaq. "Hugh Apiston" rolunda. Raffiella Chapman: Saçının altında ikinci ağzı olan kiçik qız, "Claire Densmore" rolunda, Hayden Keeler-Stoun: Xəyallarını monokl eynəklərlə əks etdirə bilən "Horace Somusson" rolunda. "Cozef və Tomas Odvel", qəribəliklərini gizlədən və maskalar taxan əkizlər. Louis Davison: "Bronwyn Bruntley"-nin qardaşı "Viktor Bruntley" rolunda.
İstehsal
Ransom Riqqsin 2011-ci ildə yazdığı "Miss Peregrine's Peculiar Children" romanının film hüquqları 2011-ci il mayın 17-də 20th Century Fox-a satıldı. Chernin Entertainment filmin prodüseri üçün Peter Chernin, Dylan Clark və Jenno Topping ilə müqavilə bağlayıb. Elə həmin il noyabrın 15-də Deadline.com saytı Tim Burtonun filmin rejissorluğu ilə bağlı danışıqlar apardığını bildirdi və o da təsdiqləndi ki, Berton filmi uyğunlaşdırmaq üçün studiya ilə birlikdə ssenarist seçəcək. Dekabrın 2-də Jane Qoldmanın romanı uyğunlaşdırmaq üçün ssenarist kimi işə götürüldüyü bildirilmişdi.
Aktyor seçimi
28 iyul 2014-cü ildə Eva Green Miss Pereqrin obrazını canlandıracağı açıqlandı. 24 sentyabr 2014-cü ildə Asa Butterfildin rejissor Burtonun seçimi kimi baş rolda olacağı elan edildi, baxmayaraq ki, o vaxt ona hələ bu rol təklif edilməmişdi. 5 noyabr 2014-cü ildə filmdə rol almaq üçün Ella Purnell ilə son danışıqlarda olduğu açıqlandı; Batterfildin baş kişi obrazı təklif edildiyi və sevimli seçim olduğu da bildirildi. 6 fevral 2015-ci ildə Batterfildin hələ də bu rola hazırlaşmadığı bildirildi və Barron adlı personajı canlandırmaq üçün Samuel L. Jacksonun aktyor heyətinə qoşulduğu açıqlandı. 12 mart 2015-ci ildə Terens Stamp, Chris O'Dowd, Rupert Everett, Kim Dickens və Judi Dench-in aktyor heyətinə qoşulacağı təsdiqləndi.
İstinadlar
Kateqoriya:Tim Börtonun filmləri Kateqoriya:2016-cı ilin ABŞ filmləri Kateqoriya:2016-cı ilin filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:Uşaqlar haqqında filmlər Kateqoriya:Stimpank filmləri Kateqoriya:Filmdə hərəkət tutma Kateqoriya:Zaman səyahəti filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:TSG Entertainment filmləri Kateqoriya:Chernin Entertainment filmləri Kateqoriya:Florida haqqında filmlər Kateqoriya:Tokio haqqında filmlər Kateqoriya:ABŞ-nin bədheybət filmləri Kateqoriya:London haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:1940-cı illər haqqında filmlər Kateqoriya:Floridada çəkilmiş filmlər Kateqoriya:Böyük Britaniyanın macəra filmləri Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:Pinewood Studios filmləri Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:2010-cu illərin zaman səyahəti filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Böyük Britaniyanın fantastika filmləri Kateqoriya:Fantastika romanları əsasında çəkilən filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin fentezi filmləri Kateqoriya:2010-cu illərin bədheybət filmləri Kateqoriya:Fentezi romanları əsasında çəkilən filmlər Kateqoriya:Zaman döngüsü filmləri Kateqoriya:Dram filmləri