– Yaponiyanın Fukuoka prefekturasının Hakata şəhərində yerləşən buddist məbədi. Buddizmin Rinzay sektalarına aiddir. Yaponiyada tikilmiş ilk Zen məbədidir.

Tarixi Məbədin əsası buddist keşişi, Rinzay sektasının qurucusu, Yaponiyanı çay bitkisi ilə tanış edən şəxs olan Eysay tərəfindən 1191-ci ildə qoyulmuşdur. Məbədin tikintisi 1195-ci ildə tamamlanmışdır. Məbəddə onun əkdiyi çay ağaclarının nəslindən olan çay ağacı bitir. Bu ağac "Yaponiyanın ilk çay ağacı" kimi tanınır. Məbəd tarixi boyunca bir çox dəfə məhv olunmuş və yenidən tikilmişdir.

Yaponiya rəssamı və xəttatı Senqay Qibon 1761–1811-ci illərdə qədər bu məbədin abbatı olmuşdur.

Xüsusiyyətlər Məbəddə bir çox məbəd darvazası yerləşir. Onlardan ən məşhuru olan Sanmon darvazası kiçik gölməçənin qabağında yerləşir və 1911-ci ildə yenidən tikilmişdir. Butsuden zalında Buddanın heykəli yerləşir. Tikilinin tavanı bulud əjdahasının təsviri ilə bəzədilmişdir. Məbəd tikililərdən biri Eysaya həsr olunmuş zaldır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fukuoka prefekturasındakı dini tikililər Kateqoriya:Yaponiyadakı buddist məbədləri Kateqoriya:1195-ci ildə tamamlanmış binalar və tikililər