thumb| Axun ubıxların müqəddəs dağı idi 250px|thumb|right|Soçi çayı vadisində Ubıxların və Abxazların liderləri, 1841. Rus rəssamı Qriqori Qaqarinin tablosu. Ubıxiya (, ) — XIV–XIX əsrlərdə çərkəzlərin ubıx qolunun ittifaqı və Çərkəzistanın vilayəti. İndiki Rusiyanın Krasnodar diyarında, Soçi ərazisində yerləşirdi.
Ubıxlar XVII əsrdə sadz abxazlarını ərazidən sıxışdırıb çıxarmışdılar və Abxaziya knyazlığından fərqli olaraq, Ubıxiyada knyazlar yox idi. Ərazi ittifaqa daxil edilmiş bütün 11 ubıx mahalından, 2 axçipsou və sadz xalqlarından olan zadəganları təmsil edən şura tərəfindən idarə olunurdu.
1864-cü ildə Ubıxiya Rusiya–çərkəz müharibəsində məğlub olmuş və 40,000 nəfər olduğu təxmin edilən əhalisi kütləvi şəkildə Osmanlı imperiyasına sürgün edilmişdi. Bu, ubıxların demək olar ki, tamamilə yox olması ilə nəticələnmişdi.
İstinadlar
Ədəbiyyat Ворошилов В. И. История убыхов.— Майкоп: Афиша, 2006.— 373 стр. ISBN 5-79-92-0377-1 Духовской С. М. Материалы для описания войны на Западном Кавказе. Даховский отряд на южном склоне гор в 1864 году. Текст воспроизведен по изданию: // Военный сборник, № 12. 1864 Шинкуба Б. В. Последний из ушедших Убыхи. Историко-этнографические очерки Автор: Инал-Ипа Шалва 2015г Клинген И. Основы хозяйства в Сочинском округе. — С.-Пе-тербург. 1897. С. 66, 67. Xarici keçidlər Bagrat Shinkuba. The Last of the Departed on Adyghe Library
Kateqoriya:Çərkəzlər Kateqoriya:Soçi tarixi Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Rusiya coğrafiyası