Boqatıryov Aleksandr İqoreviç (, ) — rus əsilli Azərbaycan idmançısı və sahibkar. Su polosunda dəfələrlə beynəlxalq turnirlərin qalibi və respublika çempionu, mobil hücumçu. "Partner Group AZ" tikinti şirkətinin və Partner Group Baku su polosu klubunun rəhbəri.
O, uzun müddət Bakının MOİK klubunda çıxış edib. Hazırda isə "Partner Group Baku" klubunda çıxış edir.
2008–2015-ci illərdə su polosu üzrə Azərbaycan milli komandasının üzvü olub. Həm klubda, həm də millidə 2 nömrəli forma ilə çıxış edib. O, daha əvvəl Azərbaycanın gənclərdən ibarət yığmasında da çıxış edib.
Təhsil və iş 1999–2010-cu illərdə Bakı şəhəri 275 saylı orta məktəbdə təhsil alıb. 2010–2014-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Üzgüçülük fakültəsində ali təhsil alıb.
2016-cı ildən "Partner Group Az" tikinti şirkətinin təsisçisi vəzifəsində çalışır. 2021-ci ildən Partner Group Baku su polosu klubunun rəhbəridir.
İdman karyerası 1999-cu ildə Bakının MOİK klubunda karyerasına başlayıb, bu klubda dəfələrlə Azərbaycan çempionu, bir neçə dəfə beynəlxalq turnirlərin qalibi olub.
2004-cü ildən Azərbaycanın gənclər yığmasında çıxış edib. 2008-ci ildən Azərbaycan millisində çıxış edir.
2015-ci ildə zədə səbəbindən təqaüdə çıxdığını elan edib.
2021-ci ildən bu günə kimi Partner Group Baku su polosu klubunun həm təsisçisi və rəhbəri, həm də üzvüdür.
Məşqçilər Babayev Azər Məhərrəm oğlu (ilk məşqçi) Solovyov Yuri İvanoviç
Uğurları 2004-cü ilin fevralında su polosu üzrə Bakı şəhər birinciliyində "MOİK–II" klubunun heyətində III olub. Həmin ilin mayında su polosu üzrə Bakı şəhər çempionatında II olub.
2005-ci ilin fevralında su polosu üzrə Bakı şəhər birinciliyində III olub.
2006-cı ilin fevralında su polosu üzrə Bakı şəhər birinciliyində II olub. Həmin ilin dekabrında su polosu üzrə Tbilisi beynəlxalq turnirində II olub.
2007-ci ilin mayında su polosu üzrə Bakı şəhər açıq çempionatında I olub. Həmin ilin dekabrında su polosu üzrə Tbilisi beynəlxalq turnirində II olub.
2008-ci ilin martında su polosu üzrə Bakı şəhər açıq birinciliyində II olub. Həmin ilin mayında su polosu üzrə Bakı şəhər açıq çempionatında I olub. O ilin noyabrında su polosu üzrə beynəlxalq Bakı turnirində III olub. Yenə o ilin dekabrında su polosu üzrə Tbilisi beynəlxalq turnirində II olub.
2009-cu ilin fevralında su polosu üzrə Bakı şəhər birinciliyində II olub. Həmin ilin noyabrında Konstitusiya Gününə həsr olunmuş su polosu üzrə beynəlxalq turnirdə III olub. Yenə o ilin dekabrında su polosu üzrə Tbilisi beynəlxalq turnirində II olub.
2010-cu ilin martında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBİA) komandasının heyətində Azərbaycanda keçirilən su polosu üzrə beynəlxalq turnirdə III olub.
2011-ci ilin mayında ADBİA komandasının heyətində su polosu üzrə Azərbaycan Çempionatında III olub. Həmin ilin noyabrında Azərbaycanda keçirilən su polosu üzrə beynəlxalq turnirdə II olub.
2012-ci ilin noyabrında ADBİA komandasının heyətində su polosu üzrə Azərbaycan Çempionatında II olub.
2013-cü ilin fevralında ADBİA komandasının heyətində Azərbaycanda keçirilən su polosu üzrə beynəlxalq turnirdə III olub. Həmin ilin fevralında Vətən Müdafiəçisi Gününə həsr olunmuş mini su polosu üzrə Moskva beynəlxalq turnirində III olub. Yenə o ilin mayında Azərbaycanda keçirilən su polosu üzrə beynəlxalq turnirdə I olub.
2016-cı ilin iyununda su polosu üzrə Bakı birinciliyində II olub.
2022-ci ilin iyulunda "Xızı Qars Cup 2022" turnirində müvəffəqiyyətlə iştirak etdiyinə görə fəxri diplomla təltif edilib. Həmin ilin sentyabrında "Baku Cup 2022" "mini water polo" turnirində rəhbəri və üzvü olduğu Partner Group Baku VP komandası ilə III olub.
2023-cü ilin martında Heydər Əliyev ilinə həsr olunmuş "mini water polo" turnirində fəal iştirak etdiyinə görə fəxri diplomla təltif edilib. Həmin ilin iyununda Heydər Əliyev İlinə həsr olunmuş "Baku Grand Cup 2023" turnirində "Partner Group Baku" VP komandası ilə qalib olub.
Həmçinin bax
Azərbaycanda su polosu
İlkin mənbələr
İstinadlar
Xarici keçidlər
Aleksandr Bogatiryov — Flickr səhifəsi
Kateqoriya:Azərbaycanın su poloçuları