Mamdouh Elssbiay () 16 sentyabr 1984-cü ildə anadan olmuşdur. Böyük Rami kimi də tanınmışdır, Misirli IFBB peşəkar bodibilderidir. O, 2020 və 2021-ci illərdə qalib gələn ikiqat Mr.Olympia çempionu olmuşdur. Həyatı Mamdouh Mohammed Hassan Elssbiay 6 sentyabr 1984-cü ildə Misir'in Kafr Əl-Şeyx şəhərindəki Əl-Sebea şəhərində anadan olmuşdur. O, Küveyt'ə köçməzdən əvvəl balıqçı kimi çalışmışdır və burada 2009-cu ildə Küveyt şəhərində peşəkar təlim keçməyə başlamışdır. Boybuilding kariyerası Elssbiay 2012-ci ildə Küveyt şəhərində keçirilən Həvəskarlar Olimpiadasında ümumi titul qazanaraq peşəkar kartını qazanmışdır. 2010-cu ildə Küveyt'də Oxygen Gym-ə qoşulmuşdur. 2011-ci ilə qədər o, 200< lbs ağırlığında olmuşdur və 2012 Həvəskar Olimpiya Küveyt mərhələsinə çıxanda 286 lbs ağırlığında idi, və beləliklədə çempion elan edilmişdir.Big Ramy 2013-cü ildə Elssbiay IFBB Pro-debütünü qazandığı New York Pro-da etmişdir. 2020 və 2021-ci illərdə o, Mr.Olympia yarışmasının qalibi olmuşdur. Şəxsi həaytı 2020-ci ilin oktyabr ayında Elssbiay COVID-19 üçün müsbət test etdi və bu, onun 2020 Avropa Pro Bodibildinq Çempionatında iştirakına mane olmuşdur. Elssbiay müsəlmandır. 2021-ci ilin noyabrında onun ikinci həyat yoldaşı ilə gizli evləndiyi və birinci həyat yoldaşının bunu media vasitəsilə kəşf etdiyi məlum olmuşdur. Rəqabət tarixi= Amatör 2012 Küveyt Qızıl Kuboku - 1-ci

2012 Həvəskar Olimpiya Küveyt – 1-ci (Qazanılmış Pro Kart) Proffessional 2013 New York Pro Çempionatı - 1-ci 2013 Mr.Olympia – 8-ci 2014 New York Pro Çempionatı - 1-ci 2014 Mr.Olympia – 7-ci 2015 Arnold Classic Braziliya – 1-ci 2015 Mr.Olympia – 5-ci 2015 Arnold Classic Europe - 4-cü 2015 EVLS Prague Pro – 2-ci 2016 Mr.Olympia – 4-cü 2016 Arnold Classic Europe – 2-ci 2016 IFBB Kuwait Pro – 1-ci 2016 EVLS Prague Pro – 2-ci 2017 Mr.Olympia – 2-ci 2017 Arnold Classic Europe – 1-ci 2018 Mr.Olympia – 6-cı 2020 Arnold Classic – 3-cü 2020 Mr.Olympia – 1-ci 2021 Mr.Olympia – 1-ci 2022 Mr.Olympia – 5-ci Xarici keçidlər

İstinadlar