Lonqtan döyüşü — Vyetnam müharibəsi zamanı 1966-cı ildə baş vermiş döyüş. Burada ABŞ qüvvələri ilə yanaşı Avstraliya və Yeni Zelandiya ordusu da iştirak etmişdir.

Döyüş Cənubi Vyetnamda yerləşdirilmiş Avstraliya kontingenti Sayqondan şərqdə yerləşən Fuoktuy (indiki Baria-Vunqtau) vilayətinin təhlükəsizliyinə cavabdeh idi. 1966-cı il avqustun 17-dən 18-nə keçən gecə Avstraliyanın əsas bazası Nuydat ağır minaatan atəşinə məruz qalmış, nəticədə 20-dən çox əsgər yaralanmışdır. 18 avqustda səhər saatlarında Avstraliya kral alayının 6-cı batalyonu "D" bölüyünə atəş mövqelərini tapmaq əmri verilmişdi. Ərazidə aparılan daraqlar zamanı tərk edilmiş mövqelər aşkar edilmişdi. Sonra bölük Lonqtan rezin plantasiyasının dərinliyinə doğru irəliləyərək Vyetkonq qüvvələrinin düşmənin buraxdığı izləri izləmişdi.

15:40-da avstraliyalılar bir neçə CVMAC partizanları ilə ilk əlaqə qurmuşdular. Qısa müddətdən sonra bölük minaatanlardan atəşə tutulmağa başlamış və onun sağ cinahında gedən 11-ci taqım sayca dəfələrlə üstün düşmən qüvvələrinin hücumuna məruz qalmışdı. Həmin andan etibarən taqım və bütün bölük sağ qalmaq üçün şiddətli döyüşlər aparmışdı. rəsmi Avstraliya hesablamalarına görə, 2,500 nəfərdən ibarət gücləndirilmiş 275-ci CVMAC alayı 100-ə yaxın əsgərə qarşı vuruşmuşdu. Avstraliyalılar Nuydatdan artilleriya dəstəyi, eləcə də Amerika təyyarələri və iki Avstraliya "UH-1" helikopterindən müəyyən dəstək almışdılar. Güclü tropik leysan nəticəsində vəziyyət ciddi şəkildə mürəkkəbləşmişdi. Döyüş başlayandan bir neçə saat sonra "A" bölüyü zirehli transportyorlarla "D" bölüyünün dəstəyinə gələrək Vyetkonq qüvvələrinin arxa cəbhəsinə zərbələr endirmişdilər. Gecə düşəndə CVMAC qüvvələri döyüş meydanını avstraliyalılara buraxaraq geri çəkilmişdi.

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Danger Close: Battle of Long Tan – A 'Red Dunes Films' docudrama, also see https://battleoflongtan.com

Kateqoriya:1966-cı ildəki münaqişələr Kateqoriya:1966-cı ildə Vyetnam Kateqoriya:Vyetnam müharibəsinin əməliyyat və döyüşləri Kateqoriya:18 avqustdakı hadisələr