836 saylı Ağdam ərazi özünümüdafiə batalyonu, həmçinin Ağdam özünümüdafiə batalyonu və ya sadəcə Ağdam batalyonu — Azərbaycan milislərinin Ağdam şəhərindən olan bölməsi. 1991-ci ilin sentyabrında yaradılmışdır. Azərbaycanda yaradılan ilk ərazi özünümüdafiə batalyonudur. Mərkəzi Ağdam rayonunun Əlimədədli kəndi idi. Batalyonun ilk komandiri Allahverdi Bağırovdur (müavini Əkbər Rüstəmov olmuşdur), onu 1992-ci ilin yazından dekabrına qədər Yaqub Rzayev əvəz etmişdir. Batalyon ASQ-nin 708-ci briqadası kimi yenidən təşkil edilmiş, Goranboy əməliyyatında və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:Azərbaycan batalyonları Kateqoriya:Birinci Qarabağ müharibəsi