Alikudi () — Tirren dənizində İtaliyaya məxsus, Siciliyanın şimal şərqində yerləşmiş kiçik vulkanik ada. Lipari adalarının ən qərbində yerləşir. İnzibati cəhətdən Messina əyalətindəki Lipari bələdiyyəsinə aiddir. Adanın sahəsi 5,2 km², əhalisi 105 nəfərdir (2001). Coğrafiya
Alikudi arxipelaqın bütün digər adaları kimi, vulkanik mənşəli, demək olar ki, yuvarlaq bir forma malikdir. Ada təxminən 150 min il əvvəl uzun müddət fəaliyyət göstərən, indi hərəkətsiz olan Montaqnola vulkanının yerində yaranmışdır (son püskürmə təxminən 30 min il əvvəl olmuşdur). Ən yaxın ada Filikudi ondan 20 km şərqdə yerləşir.
Tarix Adanın adı, Alikudidə geniş yayılmış yunanca Ericusa adlandırılan Erika bitkisinin adından götürülüb.
Ada qədim zamanlardan tanınsa da, uzun müddət burada yaşayış olmayıb. Orta əsrlərdə Alikudi, bütün Lipari adaları kimi, dəniz quldurları üçün sığınacaq kimi xidmət edirdi. Adada daimi əhali yalnız XVIII əsrdə meydana çıxır, baxmayaraq ki, aşkar edilmiş insan fəaliyyətinin qalıqları eramızdan əvvəl 1700-1800-cü illərə aiddir. İqtisadiyyat Əsas məşğuliyyət balıqçılıqdır, Amerikadan gətirilən şaftalı və aqava da becərilir.
Turizm Ada çoxlu sayda turist tərəfindən ziyarət edilir. Alikudidə menyusu balıq yeməklərindən ibarət olan restoran xidmət göstərir. İstinadlar
Kateqoriya:İtaliya adaları Kateqoriya:Tirren dənizi adaları Kateqoriya:İtaliyadakı stratovulkanlar