Emori Endryu Teyt () — amerikalı-britaniyalı influenser, biznesmen və keçmiş peşəkar kikboksçu. O, 2022-ci il ərzində gender məsələləri üzrə əks mövqeləri və maddi sərvətinin nümayişi ilə bağlı sosial şəbəkələrdə yayımladığı məzmunlar nəticəsində ictimai diqqəti cəlb edib. Onun sosial platformlarda ifadə etdiyi fikirlər ictimai rəydə kəskin reaksiyalara səbəb olub və müxtəlif sosial qruplar arasında intensiv müzakirələrə yol açıb.
Onun internet platformalarında formalaşdırdığı imici, lüks həyat tərzinin nümayişi və maskulinlik anlayışına dair sərt mövqeyi ilə xarakterizə olunur. Teyt qadın hüquqları və gender münasibətləri mövzusunda mübahisəli açıqlamalar verib. O, cinsi zorakılıq qurbanlarına münasibətdə qadınların məsuliyyət daşıdığını irəli sürüb və nikah institutuna dair patriarxal baxışlarını ifadə edib. Onun fikrincə, evlilik müqaviləsi qadının kişiyə tabeliyini nəzərdə tutur. Gender rollarına dair ənənəvi yanaşmanı müdafiə edən Teyt, kişilərin ailədə maddi təminatçı və himayəçi funksiyasını vurğulayıb.
2016-cı ildə Britaniyanın "Big Brother" realiti-şousunda iştirak etdikdən sonra şöhrətə qovuşan Teytin proqramda qalma müddəti bir həftəni əhatə etməyib. Kamera qeydlərində bir qadına qarşı kəmər ilə zorakı davranış nümayiş etdirdiyi aşkarlanıb və bu, onun layihədən uzaqlaşdırılması ilə nəticələnib. İnsident barədə açıqlama verən Teyt, videomaterialın montaj olduğunu və ona qarşı məqsədyönlü qaralama kampaniyası aparıldığını iddia edib.
Endrü Teyt cəmiyyətdə mövcud olan sosial institutların və müasir feminist hərəkatının kişilərə qarşı mənfi təsir göstərdiyini iddia edən "Matriks" adlı konspirasiya nəzəriyyədən bəhs edir. 2022-ci ilin dekabr ayında Endrü Teyt və qardaşı Tristan Teyt Rumıniya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onlara qarşı insan alveri və zorlama ittihamları irəli sürülüb. İş materiallarında iki Rumıniya vətəndaşı olan qadının da cinayət əməllərində iştirakı qeyd edilib. Teyt qardaşları bu ittihamları qəbul etməyib və üç aylıq həbsdən sonra ev dustaqlığı şəraitində saxlanılıblar. Hal-hazırda X platformasında 8,9 milyon izləyicisi olan Endrü Teyt Rumıniya prokurorluğunun ona qarşı kifayət qədər sübut bazasının olmadığını bəyan edir.
Bioqrafiya
Emori Endryu Teyt III Vaşinqtonda anadan olub. Onun afro-amerikalı atası Emori Tate Jr. Beynəlxalq Şahmat Ustası idi. Anası britaniyalı Eileen Ahleigh yemək xidmətində köməkçi kimi çalışırdı. Onun Tristan adlı bir qardaşı var. O, İndiana ştatının Qoşen şəhərində və daha sonra İllinoys ştatının Çikaqo şəhərində böyüyüb.
Çikaqoda, İllinoysda və İndiana ştatının Qoşen şəhərində böyüyüb. Valideynləri boşandıqdan sonra anası hər iki qardaşını İngiltərəyə apardı. Teyt xristian inancında böyüdü.
Son Dövr Tate 2017-ci ildə Böyük Britaniyadan Rumıniyaya köçüb. Teyt, "korrupsiyanın hamı üçün əlçatan olduğu ölkələrdə yaşamağı" xoşladığı üçün köçdüyünü və Rumıniyada zorlama ittihamları ilə üzləşmə ehtimalının daha az olacağına inandığını söyləyən Teyt, Rumıniya polisinə təcavüz şikayəti edən qadınlardan "isbat etməklərini " vəya "CCTV sübutu" tələb etdiyini, ancaq MeToo hərəkətinin təsirindəki Qərb dünyasında hər hansı bir qadının "gələcəkdə hər-hansı bir tarixdə həyatınızı məhv etmə potensialına qadir" olduğunu bəyan etdi.
Teyt xristian olaraq böyüdü, lakin sonradan ateist oldu. 2022-ci ilin əvvəlində o, özünü yenidən xristian kimi tanıdı və Rumıniya Pravoslav Kilsəsinə aylıq 16.000 funt-sterlinq ondabir verdiyini söylədi. 2022-ci ilin oktyabrında Dubaydakı məsciddə namaz qılan videosu yayıldıqdan sonra o, Gettr hesabından İslamı qəbul etdiyini açıqladı.
4 mart 2023-cü ildə Rumıniyada həbsdə olarkən, Tate-nin hüquq qrupu Dubayda tibbi məsləhətləşmədən sonra "onun ağciyərində qaranlıq bir ləkə var, çox güman ki, şiş olduğunu" söylədi və ağciyər xərçəngi olub-olmadığı ilə bağlı onlayn şayiələrə səbəb oldu. Martın 5-də Teyt Twitter-də xərçəng xəstəliyinə tutulduğunu təkzib etdi.
Teyt 2005-ci ildə boks və digər döyüş sənətləri ilə maraqlanmağa başlayıb və dolanışığını təmin etmək üçün televiziya reklamları sənayesində çalışıb. 2008-ci ilin noyabrında Beynəlxalq İdman Kikboksinq Assosiasiyası (ISKA) tərəfindən Böyük Britaniyanın yeddinci ən yaxşı yüngül ağır çəkili kikboksçusu seçildi. O, 2009-cu ildə Derbidə Britaniya ISKA Full Contact Cruiserweight Championship çempionluğunu qazanaraq ilk çemoiyonluğunu əldə etdi və öz sinfində Avropada bir nömrə oldu. Teytin kikboksinq ləqəbi "Kral Kobra" idi.
2011-ci ildə Teyt ilk ISKA dünya titulunu Jean-Luc Benoit ilə revanş görüşündə nokautla qazandı. 2012-ci ildə o, Tate Enfusion çempionat turnirində Fransi Qrajşa məğlub oldu. O, uduzmazdan əvvəl dünyanın ikinci ən yaxşı yüngül çəkidə kikboksçusu idi. 2013-cü ildə Teyt Vinsent Petitjanla 12 raundluq görüşdə ikinci ISKA dünya çempionu oldu və iki çəki dərəcəsində dünya çempionu oldu.
2014 Enfusion Dünya Çempionu, 90 kiloqram 2013 ISKA World Full Contact Light Cruiserweight Çempionu, 84.6 kq (1 Başlıq Müəyyən.) 2011 ISKA Dünya Tam Kontakt Yüngül Ağır Çəkisi Çempionu, 81.5 kiloqram 2009 IKF Britaniya Cruiserweight Çempionu, 84.5 kiloqram 2009 ISKA English Full Contact Light Cruiserweight Çempionu
15 dekabr 2020-ci ildə o, boks qaydalarına əsasən Jake Paula meydan oxudu. Teyt Paula 3 milyon dollar təklif etdi.
Mənbə
Kateqoriya:1986-cı ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:Xüsusi texnologiya satış nümayəndələri Kateqoriya:ABŞ müsəlmanları Kateqoriya:ABŞ-də antisemitizm