Birinci Aral — Azərbaycan Respublikasının Ağdaş rayonunun Birinci Aral kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin ikinci yarısında yaxınlıqdakı Şəmsabad kəndindən ayrılmış ailələrin xəzinə (dövlət) torpağı sayılan Aral adlı torpaq sahəsində məskunlaşması nəticəsində yaranmışdır. Əvvəllər Təzəkənd, bir qədər sonra Təzə Şəmsabad adlandırılan bu kənd yerli əhalinin dilində Aral Bir (yeni Birinci Aral) də adlanır. Aral sözü türkdilli xalqların toponimiyasında "bitkili torpaq sahəsi", "quru", "ada" və s. mənalarda işlənmışdir. Sözün "ayrılmış", "kənar" mənaları da vardır. Qazaxıstan və Özbəkistan ərazisində yerləşən dəniz və Amudərya çayının mənsəbindəki adalı sahə də Aral adlanır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.139

İstinadlar

Kateqoriya:Ağdaş rayonunun kəndləri