Vilayət Ağayev (5 dekabr 1971) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.

Karyerası Vilayət Ağayev 1994-cü ildə Finlandiyada baş tutan Dünya Çempionatını altıncı pillədə başa vurdu. 1995-ci ildə Vilayət Ağayev Fransada Avropa Çempionatında 18-ci, İtaliyada Hərbçilərin Dünya Oyunlarında isə 6-cı pillələrdə qərarlaşdı.

1996-cı ildə martında Budapeşt şəhərində (Macarıstan) Avropa Çempionatını yeddinci pillədə başa vuran Vilayət Ağayev həmin ilin iyulunda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. İyulun 20-də mübarizə aparan Vilayət Ağayev isə 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Çin təmsilçisi Şenq Zetian ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vilayət Ağayev rəqibinə 4:5 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam etdi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Polşa nümayəndəsi Stanislav Pavlovxsi oldu. Həmin görüşdə rəqibinə 4:3 hesabı ilə qalib gələn Vilayət Ağayev, növbəti mərhələyə adladı. Bu mərhələdə onun rəqibi 1993-cü il Dünya Çempionatının qalibi olan Ermənistan nümayəndəsi Ağası Manuhyan oldu. Bu görüşdə Vilayət Ağayev rəqibi üzərində inamlı qələbə qazandı (7:2) və təsəlliverici qrupun üçüncü mərhələsinə adladı. Bu görüşdə onun rəqibi Kuba nümayəndəsi Luis Sarmiento oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vilayət Ağayev rəqibinə 0:1 hesabı ilə məğlub oldu və Atlanta Olimpiadasıı 10-cu pillədə başa vurdu.

Olimpiadadan sonra da Vilayət Ağayev beynəlxalq turnirlərdə uğursuz çıxış etdi. 1997-ci ildə Finlandiyada Avropa Çempionatını 10-cu, Polşada Dünya Çempionatını isə 4-cü pillədə başa vuran Vilayət Ağayev 1998-ci ildə Belarusda Avropa Çempionatını 7-ci pillədə başa vurdu.

1999-cu ildə Xorvatiyada Hərbçilərin Dünya Oyunlarını 6-cı, Yunanıstanda Dünya Çempionatını isə 12-ci pillədə başa vuran Vilayət Ağayev 2000-ci ildə idmanla vidalaşdı.

Nəticələri SıraİlYarışEv sahibiNəticə11994Dünya Çempionatı Finlandiya6.21995Avropa Çempionatı Fransa18.3Hərbçilərin Dünya Oyunları İtaliya6.41996Avropa Çempionatı Macarıstan7.5Olimpiya Oyunları ABŞ14.61997Avropa Çempionatı Finlandiya10.7Dünya Çempionatı Polşa4.81998Avropa Çempionatı Belarus7.91999Hərbçilərin Dünya Oyunları Xorvatiya6.10Dünya Çempionatı Yunanıstan12.112000Dünya Olimpiya Təsnifat Turniri Özbəkistan16.

İstinadlar

Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri