Zərrab xan karvansarası — İrəvan şəhərində tarixi karvansara.
Tarixi Zərrab xan (Zalxana, Sərrafxana) karvansarası Göy məscid kompleksinin bir hissəsi olmuşdur. 8 girişi olan almaz formalı qapalı həyəti var idi. Kompleks XVII əsrin ikinci yarısında tikilmiş, təxminən 1675–1680-ci illərdə tamamlanmışdır. Abidə əvvəlcə zərbxana kimi istifadə edilmiş, lakin sonradan tacirlərin istifadəsinə verilmişdir. Karvansarada 38 dükan olmuşdur. Karvansaranın darvazaları hökmdar dəyişdiyi üçün yarımçıq qalmışdır. Zərrab xan karvansarası 1920-ci illərdə dağıdılmışdır.
Həmçinin bax İrəvan karvansaraları İrəvan xanlığı
İstinadlar
Kateqoriya:İrəvan abidələri