Rafael Qualatsi (; ) — italyan pianoçu və müğənni.
Həyatı Rafael Qualatsi 11 noyabr 1981-ci ildə İtaliyanın Urbino şəhərində dünyaya gəlib. O,"Anonima Sound" qrupunun qurucularından biri olan Velio Qualatsinin oğludur.
Karyera 2011-ci ildə Qualatsi "Follia d'amore" mahnısı ilə Sanremo Festivalında debüt edərək, "Gənclər" kateqoriyasının qalibi olur və 2011 Avroviziya Mahnı Müsabiqəsində ta 1997-ci ildən iştirak etməyən İtaliyanın təmsilçisi təyin olunur. 10, 12 və 14 may 2011-ci il tarixlərində Almaniyanın Düsseldorf şəhərində keçirilən bu beynəlxalq tədbirdə ifaçı "Follia d'amore" mahnısının italyan və ingilis versiyası olan "Madness of Love" ilə yalnız Azərbaycan qaliblərindən geri qalaraq 189 balla ikinci yeri qazanır. Müğənni 2013-cü ildə yenidən Sanremo Festivalına qatılır və bu dəfə o müəllifi özü olduğu "Sai (ci basta un sogno)" mahnısını təqdim edir. Finalda mahnı 5-ci yerə layiq görülür. 2014-cü ildə Rafael Sanremo Festivalında "The Bloody Beetroots"la birlikdə "Liberi o no" və "Tanto ci sei" mahnıları ilə iştirak edir. Onlar “Liberi o no” mahnısı ilə finalda ikinci yerə yüksəlirlər. 2020-ci ildə isə dördüncü dəfə Sanremo Festivalında çıxış edərək müğənni "Carioca" mahnısı ilə 11-ci yerdə qərarlaşır.
Albomlar 2005 – Love Outside the Window 2011 – Reality and Fantasy 2013 – Happy Mistake 2016 – Love Life Peace 2020 – Ho un piano 2022 – Bar del sole
İstinadlar
Kateqoriya:İtaliya müğənniləri Kateqoriya:İtaliya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:XXI əsrin kişi pianoçuları Kateqoriya:İtaliyanın "Avroviziya" təmsilçiləri