Diogen heykəli () – Türkiyənin Sinop şəhərinin girişində yerləşən heykəl. Bu şəhərdə doğulmuş qədim yunan filosofu Sinoplu Diogenə həsr olunmuşdur. Şəhərin simvollarından biri hesab olunur.
Tarixi Heykəl Ondokuz Mayıs Universitetinin Təsviri İncəsənət fakültəsinin müəllimi olan Turan Baş tərəfindən Samsun Böyükşəhər Bələdiyyəsi Heykəl və Keramika Emalatxanasında hazırlanmış, 2006-cı ildə Sinop şəhərinin girişində ucaldılmışdır. Heykəl 20 nəfərdən ibarət heyət tərəfindən 6 ay ərzində hazırlanmışdır. Heykəl Samsun bələdiyyəsinin Sinop bələdiyyəsinə bir hədiyyəsi olmuşdur. Heykəlin sifarişçisi həmin dövrün Sinop bələdiyyə başçısı Zeki Yılmazer olmuşdur.
2011-ci ildə heykəldə heykəltaraş Aziz Kayadelen tərəfindən bərpa işləri aparılmışdır.
Yunana həsr olunduğu üçün heykəl bəzi milliyyətçi qruplar tərəfindən tənqidə məruz qalmışdır. 2017-ci ildə bir qrup şəxs heykəlin Balatlar kilsəsinə köçürülməsini tələb etmişdir.
Xüsusiyyətlər Heykəlin hündürlüyü 5,5 metrdir. Heykəldə Diogen çəlləyin üzərində, yanında itlə və əlində fənərlə təsvir olunmuşdur. Beləki, Diogen çox vaxt əlində fənəri ilə gəzməsi, çəlləkdə yaşaması və itəbənzər davranışları ilə tanınmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2006-cı ilin heykəlləri Kateqoriya:Sinopun görməli yerləri Kateqoriya:Türkiyədəki heykəllər Kateqoriya:Diogen Kateqoriya:Kişi heykəlləri