Ceyms Cerom Gibson () – ABŞ psixoloqu və filosofu.

Fəaliyyəti 1928–1949-cu illərdə Smitt kollecində, 1949–1972-ci illərdə Kornell universitetində dərs demişdir. Daha çox realizmə bağlılığı və görmə qavrayışı sahəsində eksperimental tədqiqatları ilə tanınmışdır. "Görülən dünyanı qavrama" (1950) əsərində göstərirdi ki, qavrayış beyində assosiasiyalarla, yaxud informasiyanın emalı ilə şərtlənmir, bilavasitə baş verir. O sübut edirdi ki, dünyanın vəziyyətini müəyyən edən informasiya axtarışı prosesində konkret fərdin dinamik dünyasını araşdırmaq lazımdır. Bu müddəanı "Duyğu orqanları qavrayış sistemi kimi" (1966), "Görmə qavrayışına ekoloji yanaşma" (1979) əsərlərində inkişaf etdirmişdir. Gibsonun ardıcılları Beynəlxalq ekoloji psixologiya cəmiyyətini yaratmışdılar.

İstinadlar

Kateqoriya:Kornell Universitetinin müəllimləri Kateqoriya:ABŞ psixoloqları