Anal tıxac — cinsi zövq almaq məqsədilə anal dəliyə yeridilən (daxil edilən) müxtəlif material, ölçü və dizaynlarda hazırlanmış seks oyuncağı. Anusa rahat daxil ola bilməsi üçün daralmış (küt konusvari) uca sahib olan anal tıxaclar mərkəzə qədər genişlənir və mərkəzdən başlayaraq yenidən daralır. Anal dəlik tərəfindən udulmaması üçün anal tıxaclar tutacaq hissəyə sahibdir.
Tarixi Rektal dilatatorlar əvvəlcə terapevtik məqsədlər üçün hazırlanmışdı. Sonradan isə "Dr. Yanqın ideal rektal dilatorlar" kimi adlarla satışa çıxarılaraq dəliliyin və qəbizliyin müalicəsi kimi reklam edildi. XX əsrin sonlarında isə oxşar alətlər seks oyuncaqları kimi bazara çıxarılmağa başlandı.
İstifadəsi Anal tıxacların istifadəsindən əvvəl tıxacın və anus dəliyinin xüsusi vasitələr ilə sürüşkən hala gətirilməsi tövsiyə olunur. Bu, arzuolunmaz qıcıqlanmanın və yaralanmanın qarşısını almağa kömək edir. Gözlənilməz yaralanmaların qarşısını almaq üçün anal tıxaca ehmalca daxil etmək və ağrı halında dərhal çıxarmaq lazımdır.
Təhlükəsiz qaydaları
Anal dəlikdə ilişib qalma "The American Journal of Emergency Medicine" jurnalının 2023-cü il təhlilinə görə, 2012-2021-ci illər arasında 39.000-ə yaxın amerikalı anal dəliyində (rektum) yad cismin çıxarılması üçün təcili yardım şöbəsinə müraciət edibButt Plugs: What You Should Know. İstifadə tarixi: 20 aprel 2026.. Odur ki, anal tıxacın anusda ilişib qalması halı nadir hadisə hesab oluna bilməz. Bu vəziyyət ilə üzləşdikdə mümkün qədər təmkinli olmaq və mümkün qədər tez təcili yardıma müraciət etmək lazımdır.
Təmizlənməsi Anal tıxaclar adətən sabun və su ilə və ya müxtəlif seks oyuncağı təmizləyiciləri ilə təmizlənə bilər. Bununla belə anal tıxac alan zaman qutunun içərisindəki təlimatlar mütləq oxunmalıdır.
Anal tıxacdan istifadədən əvvəl klizma olunma gigiyena baxımından müsbət hal kimi qiymətləndirilir.
Həmçinin bax Anal qarmaq Ereksiya halqası Seks yelləncəyi
İstinadlar
Kateqoriya:Seks sənayesi Kateqoriya:Seks oyuncaqları Kateqoriya:İnsan seksuallığı