Elnur Amanov () — Azərbaycanı təmsil edən taekvondoçu və məşqçi.
Həyatı Elnur Amanov 1977-ci il iyulun 13-də anadan olub.
Karyerası Elnur Amanov 2002-ci ildə Samsun şəhərində (Türkiyə) baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.
2004-cü ildə Lillehammer şəhərində (Norveç), 2005-ci ildə isə Riqa şəhərində (Latviya) Avropa Çempionatlarının final görüşündə məğlub olan Elnur Amanov 2008-ci ildə Roma şəhərində (İtaliya) Avropa Çempionatının qalibi oldu.
Karyerasını başa vurandan sonra məşqçi olaraq çalışan Elnur Amanov 2015-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu ilə, 2016-cı ildə isə "Şöhrət" ordeni ilə təltif edildi.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi taekvondoçuları Kateqoriya:Taekvondo üzrə Avropa Çempionatının medalçıları