Kənan dilləri və ya Kənan dialektləri — şimal-qərbi sami dillərinin üç alt qrupundan biri. Onlar Levant, Mesopotamiya, Anadolu və Şərqi Aralıq dənizi boyunca tapılan Kənan yazılarında, Finikiya kolonistləri tərəfindən Karfagenin qurulmasından sonra Şimali Afrika və Pireney yarımadasının sahilyanı bölgələrində təsdiq edilmişdir. Dialektlər ilk növbədə Bibliya coğrafiyaya istinad edərək etiketlənmişdir: ivrit (İsrail, Yəhuda/Bibliya, Səməriyyə), Finikiya/pun, amorey, əmuni, Moav, suti və Edom. Dialektlərin hamısı bir-birini başa düşülən səviyyədə yaxınlığa malik idi.

Bu bir-birlərinə son dərəcə yaxın dillərdə Kənan və Levantın qədim samidilli xalqları danışırdılar. Ərazi indiki İsraili, İordaniyanı, Sinay yarımadasını, Livanı, Suriyanı, Fələstini, həmçinin Türkiyənin cənub-qərbindəki bəzi əraziləri (Anadolu), İraqın qərbi və cənubunu (Mesopotamiya) və Səudiyyə Ərəbistanının şimal-qərb küncünü əhatə edirdi.

Mənbə İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat

The Semitic Languages. Routledge Language Family Descriptions. Edited by Robert Hetzron. New York: Routledge, 1997.

Dallaire, Hélène M. The Syntax of Volitives in Biblical Hebrew and Amarna Canaanite Prose. University Park, USA: Penn State University Press, 2014. Izre'el, Shlomo. "Canaano-Akkadian: Linguistics and Sociolinguistics ". In: Language and Nature. Papers Presented to John Huehnergard on the Occasion of His 60th Birthday. hrsg. v. Rebecca Hasselbach, Na'ama Pat-El (Studies in Ancient Oriental Civilization (SAOC) 67). Chicago, IL: Oriental Institute of the University of Chicago, 2012. pp. 171-218. . Accessed 18 May 2023. Accessed 18 May 2023.

Xarici keçidlər Some West Semitic Inscriptions How the Alphabet Was Born from Hieroglyphs Biblical Archaeology Review

Kateqoriya:Qədim dillər