Zarağan — Azərbaycan Respublikasının Qəbələ rayonunun Zarağan kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kənd keçmişdə Qəbələ şəhərinin 3 km.-liyindəki Şıx Taci qəbristanlığının yanında yerləşirdi. Çökək yerdə, həm də çay ağzında olduğuna görə əhali indiki yerə köçüb, burada məskunlaşmışdır. Kəndin adı ərazidəki sarağan (vəlgə də adlanır) ağacının bolluğu ilə əlaqədardır. Həmin ağacın yarpağından keçmişdə dəri aşılamaq, özəyindən isə sarı boya almaq üçün istifadə olunurdu. Ərazidə Sarağan meşəsi də var.

Coğrafiyası və iqlimi Zarağan kəndi rayon mərkəzindən 7 kilometr cənub qərbdə, Dəmiraparançayın sahilində, Alazan–Həftəran vadisində yerləşir.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2804 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Tanınmış şəxsləri Elman Məmmədov (1948) — Kimya elmləri doktoru, professor.

İqtisadiyyatı Kəndin üç yolun ayrıcında (Qəbələ–Bakı, Qəbələ–Ağdaş və Qəbələ–Oğuz) yerləşməsi, şəhərə yaxınlığı səbəbindən burada iri ticarət obyektləri mövcuddur. Kənddə mavi yanacaqdan istifadə edilir.

Mədəniyyəti Kənddə kitabxana və ATS mövcuddur.

Təhsili Kənddə 1 uşaq bağçası və 600 şagirdlik 1 №-li və 370 şagirdlik 2 №-li tam orta məktəb fəaliyyət göstərir.

Səhiyyə Kənddə tibb məntəqəsi mövcuddur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qəbələ rayonunun kəndləri