Mark Martel — Kanadalı rok musiqiçisidir. O 1999-cu ildə Downhere qrupunu qurmuşdur. 2013-cü ildə isə, solo karyerasına başlamışdır. Martel, həm də Queen qrupunun musiqi aranjimanları və solist Freddi Merkyuri ilə oxşarlıq təşkil edən vokalı ilə tanınır. "Bohemiya Rapsodiyası" filmində Merkyurinin ifalarını təmin etmişdir.
Başlanğıc Mark Martel Kanadanın Monreal şəhərində Mişel Martel və Barbara Beresford Martelin ailəsində anadan olmuşdur. O, Saskaçevanın Karonport şəhərində Brayrkrest Kolleci və Seminariyasında təhsil almış, burada otaq yoldaşı Ceson Cömeyn və bir neçə dostu ilə birgə musiqi qrupu yaratmışdır.
Karyerası
Downhere (1999–2012)
Martel 1999-cu ildə Downhere (bəzən "downhere" kimi stilizə edilir) adlı musiqi qrupu yaradır. Dörd illik kollecdən sonra qrup Tennessi ştatının Naşvill şəhərinə köçür və burada Word Records ilə müqavilə bağlayırlar. Qrup fəaliyyəti ərzində bir sıra mükafatlara layiq görülür. Onlar 1 yanvar 2013-cü il tarixindən etibarən fasiləyə çıxmazdan əvvəl "On the Altar of Love" daxil olmaqla 10 albom buraxmıșdılar.
Solo (2013—indiyədək) 2011-ci ilin sentyabrında Martel Rocer Teylorun ("Queen" rok qrupunun təbilçisi) rəsmi "Queen Extravaganza" layihəsinə qoşulmaq üçün müsabiqədə "Somebody to Love" mahnısının ifası ilə iştirak edir. Cəmi bir neçə gün işlədikdən sonra Yutubda bir milyondan çox baxış qazanır. Bu, videonun yayımlanmasından bir həftə sonra "The Ellen DeGeneres Show" verilişinə dəvət alır. Martel 2012-ci ildə "The Queen Extravaganza" ilə altı həftəlik tura səbəb olan müsabiqənin qaliblərindən biri olur. "Queen Extravaganza" 2016-cı ilin sonuna qədər Martel ilə qastrol səfərini davam etdirir.
Martel 1 fevral 2013-cü ildə "Prelude" adlı EP yayımlayır. Onun tammetrajlı debütü, "Impersonator" 30 sentyabr 2014-cü ildə yayımlayır.
2016-cı ilin sentyabr ayında o, "Just Dance 2017" video oyununda nümayiş olunan "Last Christmas" ilə əməkdaşlıq edir. 18 noyabr 2016-cı ildə Milad mahnıları toplusu olan "The Silent Night" EP yayımlanır.
2017-ci ildə Martel Queen Extravaganza-dan ayrılır və Ultimate Queen Celebration-a qoşulur.
2019-cu ildə Martel Emi Qrent və Maykl U. Smit ilə birlikdə Billboard Christian AC Monitor cədvəllərində və Mediabase Christian AC-də 1-ci yerə çatan "Silver Bells"in yeni versiyasını qeyd edir. Bu, Martelin karyerasında ilk 1 nömrəli mahnısı olur.
Martel "Queen"in bioqrafik filmi "Bohemiya Rapsodiyası" üçün vokal səsyazma işlərinə töhfə verir. Film prodüseri Qraham Kinq "Rolling Stone" məqaləsində Mark Martelin film üçün səsyazmalar etdiyini təsdiqləmişdir:
Filmdəki əksər oxuma səhnələri ya Queen qrupunun lentlərinin vokal köklərinə, ya da səsi, mərhum solistin səsi ilə praktiki olaraq eyni olan kanadalı xristian rok müğənnisi Mark Martelin yeni səsyazmalarına əsaslanır. Kinq deyir: "Həqiqətən, siz gözlərinizi bağlaya bilərsiniz və bu Freddidir. Bunu etmək çox çətin bir işdir."
Həmçinin, Kinq FilmJournal International-a verdiyi müsahibədə Martelin filmin çəkilişində iştirakı ilə bağlı daha ətraflı məlumat vermişdir:
Rami filmdə bir az mahnı oxuyur. Açıq-aydın görünür ki, filmdə çoxlu Freddi Merkyuri və çoxlu Mark Martel var. O, Brayan Mey və Rocer Teylora bir video göndərir və onun Freddi Merkyuri kimi ifa etdiyi görünür. Biz bilirdik ki, bəlkə Raminin edə bilmədiyi və açıq-aydın Freddi kimi ifa edə bilməyəcəyi hissələr üçün istifadə edə biləcəyimiz biri var. Beləliklə, biz Mark və Rami ilə iki ay yarım Abbey Road səsyazma studiyasında olduq, lazım olduğunu bildiyimiz parçaları yazdıq. Freddi Merkyuri kimi oxuya bilən birini tapmaq çətindir və mən əminliklə deyə bilərəm ki, Mark olmasaydı, film çəkilə bilməzdi.
Martel həyat yoldaşı Kristal ilə Tennessi ştatının Naşvill şəhərində yaşayır.
O, həmçinin 2016-cı ildə "Five Nights at Freddy's World" video oyunundakı "Ölü Foksi" obrazını səsləndirmişdir.
Diskoqrafiya downhere qrupu ilə downhere (independent, 1999) downhere (2001) So Much for Substitutes (2003) Wide-Eyed and Mystified (2006) Wide-Eyed and Simplified (2007) Thunder After Lightning (The Uncut Demos) (2007) Thank You for Coming (The Live Bootlegs) (2008) Ending Is Beginning (2008, review) How Many Kings: Songs for Christmas (2009) Two at a Time: Sneak Peeks & B-Sides (2010) On the Altar of Love (2011)
Solo The Prelude EP (2013) The Silent Night EP (2016) Impersonator (2014) Live at the High Watt (2016) A Night at the Apollo (2017) The First Noel EP (2017) My Way Vol. 1 EP (2018) Thunderbolt & Lightning (2018) Christmas Is Here EP (2018) The Christmas Collection (2019) Live in Auckland New Zealand featuring UQC (2020) A One Take Rhapsody (2020) Thank God It's Christmas (2020) Forte (2021) Hark! (2021) My Way Vol. 2 (2022) The Christmas Collection, Vol. 2 (2022)
Sinqllar "Cual Otro Rey" (2020) "Fat Bottomed Girls" (2020) "Under Pressure" (2020) "Somebody to Love" (2021) "Seven Seas of Rhye/Bicycle Race" (2021) "Let Me Entertain You" (2021) "Another One Bites the Dust" (2022)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Kanada müğənniləri