Butrus Bustani (; ) — maruni məzhəbli Livan filoloq-ensiklopediyaçısı və maarifçisi. O, ərəb intibahı ideyalarının ifadəçisi hesab edilir.

Bustani birinci Suriya milliyətçisi hesab olunur.

Həyatı Butrus Bustani 1819-cu ilin yanvarında anadan olmuşdur. O, 1847-ci ildə "Elm və incəsənəti öyrənən Suriya cəmiyyəti"nin banisi olmuş, ərəb jurnalistikasının yaradıcısı hesab edilir. Bustani 1863-cü ildə Beyrutda Milli məktəbin əsasını qoymuşdur. 1870 ildən "Əl-Cüneynə" ("Bağ") qəzetini, "Əl-Cənnən" ("Bağban")jurnalını, "Əl-Cənnə" ("Cənnət") həftəliyini dərc etdirmişdir. Çoxlu məqalə və məruzələr ("Qadın təhsili haqqında", 1848; "Ərəblərin ədəbiyyatı haqqında", 1856 və s.) yazmışdır. Ərəb dilində "Mühit əl-mühit" ("Ümmanlar ümmanı", 1867–1870) izahlı lüğətini hazırlamışdır. İlk ərəb ensiklopediyası "Dairət ül-maarif"in ("Bilik dairəsi", 1876–1883) naşiridir. Dərslik və müntəxəbatların, həmçinin "Napoleonun həyatı" (1868), "Ərəb və Avropa ictimai qaydalarının müqayisəsi" (1869) əsərlərinin müəllifi və tərtibçisidir.

İstinadlar

Kateqoriya:Livan maruniləri Kateqoriya:Bustanilər Kateqoriya:XIX əsr tərcüməçiləri Kateqoriya:Livan yazıçıları Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:Bibliya tərcüməçiləri