Dizaxlı yada Sevregan (ləz. Севреган, Дизахълей) — Azərbaycan Respublikasının Qəbələ rayonunun Dizaxlı kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Oykonim ilk dəfə Cəfərqulu xan Xoylunun 1806-cı ilə aid fərmanında qeydə alınıb. Dizaq/Dizak Qarabağın qədim əyalətlərindən birinin adı olmuşdur. N.Gəncəvinin əsərlərində Dizaknak kimi xatırlanır. Orta Asiya ərazisində də Dizak (Cizak) adlı şəhər var. Oykonim "Dizak mahalından çıxanlar, dizaqlılar məskunlaşan kənd" mənasındadır.
Tarixi
Coğrafiyası Kənd Kov Murad dağının ətəyində, Alazan–Əyriçay çökəkliyində yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndDə 483 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. səh.629 Əhali Azərbaycan türklərindən və ləzgilərdən ibarətdir.
İqtisadiyyatı Kənd əhalisi heyvandarlıqla, əsasən də qoyunçuluqla məşğul olur. Vaxtilə köçəri olan kənd əhalisi son illərdir ki, ancaq fərdi qoyunçuluq təsərrüfatını genişləndirirlər. Əlavə kənd təsərrüfatı məhsullarının da əkilməsi geniş vüsət alıb. Həftə bazarına çıxarılan məhsulların əksəriyyəti bu kəndin təsərrüfatlarına məxsusdur. Suvarmada heç bir çətinlikləri yoxdur. Çünki buradan axan kanal köməklərinə çatır, bundan əlavə kəndə təmiz su xətti də çəkilib. Hər ailə su ilə təmin edilib. Kənddə qaz və telefon xidməti də var. İctimai iaşə obyektləri ilə zəngindir.
Din Kənddə Dızaxlı kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Xarici keçidlər İnzibati Ərazi Vahidləri
Həmçinin bax
Kateqoriya:Qəbələ rayonunun kəndləri