Əfqan Xaşalov (7 iyun 1997, Qazax) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.

Karyerası Əfqan Xaşalov 2014-cü ildə yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalına, yeniyetmələr arasında Dünya Çempionatının isə gümüş medalına sahib olub. Daha sonra Əfqan Xaşalov 2016-cı ildə Fransada gənclər arasında Avropa Çempionatının və 2017-ci ildə Almaniyada gənclər arasında Dünya Çempionatının qalibi oldu. 2017-ci ildə Finlandiyada gənclər arasında Dünya Çempionatını bürünc medalla başa vuran Əfqan Xaşalov 2018-ci ildə İstanbul şəhərində U23 Dünya Çempionatının gümüş medalına sahib oldu.

2019-cu ildə Budapeşt şəhərində U23 Dünya Çempionatında bürünc medala sahib olan Əfqan Xaşalov bir il sonra, 2020-ci ildə İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turniri də bürünc medalla başa vurdu. Həmin ilin fevralında Roma şəhərində Avropa Çempionatlarında debüt edən Əfqan Xaşalov turniri yeddinci pillədə başa vurdu.

Əfqan Xaşalov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Füzuli-Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən Əfqan Kamil oğlu Xaşalov "Füzulinin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Müharibə zamanı Əfqan Xaşalov sol gözündən yaralandı.

Müharibədən sonra Əfqan Xaşalov 2021-ci ildə Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatında bürünc medalın sahibi oldu. Həmin il Norveçin Oslo şəhərində Dünya Çempionatlarında debüt edən Əfqan Xaşalov turniri 12-ci pillədə başa vurdu.

2022-ci il ərzində Əfqan Xaşalov Bolqarıstan və Polşada baş tutan beynəlxalq turnirlərdə uğurlu nəticələrə imza ata bilmədi.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12014Yeniyetmələrin Avropa Çempionatı Bolqarıstan1.2Yeniyetmələrin Dünya Çempionatı Slovakiya2.32015Gənclərin Avropa Çempionatı Türkiyə12.42016Gənclərin Dünya Çempionatı Fransa1.5Qızıl Qran-Pri Azərbaycan8.62017Gənclərin Avropa Çempionatı Almaniya1.7Gənclərin Dünya Çempionatı Finlandiya3.82018Kiyev Turniri Ukrayna3.9Hərbçilərin Dünya Çempionatı Rusiya5.10U23 Avropa Çempionatı Türkiyə2.112019U23 Dünya Çempionatı Macarıstan3.122020Yaşar Doğu Turniri Türkiyə3.13Avropa Çempionatı İtaliya7.142021Kiyev Turniri Ukrayna20.15Avropa Çempionatı Polşa3.16Dünya Çempionatı Norveç12.172022D. Kolov & N. Petrov Turniri Bolqarıstan5.18Matteo Pellisone Turniri İtaliya8.

İstinadlar

Kateqoriya:Qazaxda doğulanlar Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri