Vendiya Muzeyi (, ) — Almaniyanın Kottbus şəhərində Aşağı Sorbların tarixi və mədəniyyətinə həsr olunmuş muzeydi. 3 iyun 1994-cü ildə açılışı olub. O, Köhnə Şəhər Meydanının yaxınlığında, Mühlenstraße 12 ünvanındakı binada yerləşir.

Tarixi və təsviri Vendlərin tarixi və mədəniyyətindən bəhs edən ilk eksponat kolleksiyası 1908-ci ildə Kottbus şəhər (diyarşünaslıq) muzeyində təqdim edilmişdir. Bu kolleksiya Üçüncü Reyxin dövrünə qədər ictimai sahədə mövcud olmuşdur. Bu kolleksiyadakı eksponatların əksəriyyəti İkinci Dünya Müharibəsi zamanı itmişdi. Sonralar GDR dövründə, 1980-ci ildə Kottbusda (Branicki Parkında) yerləşən sarayda sorb dillərində ədəbiyyat muzeyi yaradıldı. Muzey əvvəlcə daimi sərgi kimi fəaliyyət göstərildi, lakin sonralar səyyar sərgiyə çevrildi. Bir müddət sonra bu kolleksiya arxivə göndərildi. 1985-ci ildən sonra arxiv materialları əsasında yeni daimi sərgi işlənib hazırlanmışdır. Məqsəd təkcə ədəbiyyat haqqında deyil, həm də vendlərin musiqisi, folkloru və təsviri sənəti haqqında sərgi yaratmaq idi. Almaniyanın yenidən birləşməsindən sonra 3 iyun 1994-cü ildə şəhərdə tam hüquqlu Vendiya muzeyi açıldı. Daimi sərgidən əlavə, yarandığı gündən tarix-diyarşünaslıq muzeyinin 15 ekspozisiya zalında müxtəlif mövzularda və qırxdan çox xüsusi sərgi keçirilmişdir. Bütün sərgilər ikidilli keçilirdi alman və sorb dillərində. Bu gün muzeydə Aşağı Sorb milli geyimlərinin ən böyük kolleksiyası var.

Ədəbiyyat Werner Meschkank: Serbski muzej w Chośebuzu. Das Wendische Museum in Cottbus. Wendisches Museum, Cottbus, 1996. (Kleiner Museumsführer niedersorbisch/deutsch). Albrecht Lange: Die Tracht des Hannoverschen Wendlandes. Drastwa Polobskich Slowjanow w Hannoverskej. Herausgegeben vom Wendischen Museum Cottbus, Textredaktion Martina Noack, Bildredaktion Michael Kablitz.

Həmçinin bax Sorb muzeyi

İstinadlar Kateqoriya:Almaniya muzeyləri Kateqoriya:1908-ci ildə yarananlar Kateqoriya:Almaniyadakı tarixi muzeylər