Etrit Berişa () — Albaniyalı peşəkar futbolçu. İtaliyanın "Torino" klubunun və Albaniya milli futbol komandasının qapıçısı.

Karyera Berişa karyerasına Pristinanın yerli "KF 2 Korriku" klubunun gənclər komandasında başlayıb. 2008-ci ildə İsveçə köçən Etrit, burada "Kalmar" klubunun gənclər komandasına qoşulur. O, 2010-cu ildə "Kalmar"ın əsas komandsına dəvət edilir və tezliklə klubda debüt edir. Etrit Berişa debüt mövsümündə 14 liqada oyununda çıxış edərək özünü əsas komanda oyunçusu kimi göstərir. O, İsveç mepionatının 2011-ci il mövsümundə, klubun əsas qapıçısı kimi mövqeyini möhkəmləndirir.

Növbətii mövsüm o, qapıçı olmasına baxmayaraq, meydanda qollarda vurur. O, ilk peşəkar qolunu 12 iyul 2012-ci ildə Şimali İrlandiyanın "Cliftonville" komandasına qarşı Avropa Liqasının seçmə oyununda penaltidən vurur və cəmi bir neçə ay sonra İsveç çempionatında "Helsinqborq" klubuyla görüşdə daha bir dəfə penaltidən fərqlənir. Mövsümdə o penaltidən iki dəfə qol vuran və komandasının liqada dördüncü yeri tutmasına kömək edən qapıçı olaraq, 2013-cü il mövsümundə, İsveç çempionatında ilin qapıçısı mükafatını qazanır. "Kalmar"da keçirdiyi 4 ildə 105 dəfə meydana çıxır və 4 qol vurur.

2013-cü ilin yayında İtaliyanın "Kyevo" klubu Berişa ilə əvvəlcədən müqavilə bağladıqlarını açıqlayır, lakin Berişa digər İtaliya klubu "Latsio" ilə dörd illik müqavilə imzalayır. 2 sentyabr 2013-cü ildə Etrit Berişanın "Latsio"la müqaviləsi rəsmiləşir. "Latsio"da o, İtaliya milli komandasının qapıçısı Federioka Marketti ilə əsas heyətə düşmək uğrunda mubarizə aparır. O zaman "Latsio"nun baş məşqçisi olan Stefano Pioli daha çox Federiko Markettiyə şans verir.

"Latsio"nun direktorları Markettini əsas qapıçı kimi saxlamaq qərarından sonra Berişa, oynamaq şansı qazanmaq üçun "Atalanta" klubuna keçməyə qərar verir. "Atalanta"da ilk mövsümdə o, çox yaxşı bir mövsüm keçirdir, İtaliya çempionatında 26 oyunda meydana ççıxır və 11 qol buraxır. Onun mövsüm ərzində göstərdiyi heyrətamiz performans, "Atalanta"nın çempionatda 5-ci yerə yüksəlməsi və 2017–18 mövsümundə UEFA Avropa Liqasına vəsiqə qazanmasına kömək olur. 6 iyul 2019-cu ildə Berişa satın almaq öhdəliyi ilə "SPAL" klubuna icarəyə verilir.

3 iyul 2021-ci ildə Berişa "Torino" ilə üç illik müqavilə imzaladı. Transfer, sonradan "Torino"nun oyunçunu almaq öhdəliyi ilə bir mövsümlük icarə kimi baş tutur.

Berişa Kosovodandır, lakin alban etnik mənsubiyyətinə görə Albaniyanı təmsil edə bilir və o, ilk dəfə 2012-ci ildə italiyalı baş məşqçi Canni De Byazi tərəfindən Albaniya milli komandasına çağırılıb və orada 27 may 2012-ci ildə İrana qarşı oyunda millidə debüt edib.

Karyera statistikası

+Klub, mövsüm və yarışlara görə oyun və qol sayıKlubMövsümLiqaÖlkə kubokuAvropaDigərToplamDvizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolKalmar2010Allsvenskan14010——150201125030——280201230140——34120132220061—283Toplam9138061—1054Latsio2013–14A Seriyası1702040—2302014–1510070——1702015–16110207000200Toplam38011011000600Atalanta2016–17A Seriyası26010——2702017–183103080—4202018–191802020—220Toplam75060100—910SPAL2019–20A Seriyası26030——2902020–21B Seriyası25020——270Toplam51050——560Torino2021–22A Seriyası10010——110Karyerasında Toplam2653310271003234

Uğurları Kalmar Allsvenskan çempionu: 2008 İsveç superkuboku: 2009

Fərdi Allsvenskan ilin qapıçısı: 2013 İtaliya A Seriyası mövsümun legioner qapıçısı: 2013–14

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Kosovo albanları Kateqoriya:Kosovo futbolçuları Kateqoriya:Albaniya futbolçuları Kateqoriya:Albaniya milli futbol komandasının oyunçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Latsio FK futbolçuları Kateqoriya:Atalanta FK futbolçuları Kateqoriya:SPAL FK futbolçuları Kateqoriya:Torino FK futbolçuları Kateqoriya:Legioner Albaniya futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Albaniyanın kişi futbolçuları Kateqoriya:Empoli FK futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Cenoa FK futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Albaniyalı legioner kişi futbolçular