Niyaz Əvəz oğlu Kərimov () — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının (1978–1981) və İmişli (1968–1978) rayon komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin VIII, IX və X çağırış deputatı.
Həyatı Niyaz Əvəz oğlu Kərimov 1931-ci ildə Qasım İsmayılov rayonunun Goran qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə orta məktəbdə müəllimliklə başlamışdır. 1954–1956-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ordudan tərxis edildikdən sonra komsomol işində olmuş, əvvəlcə Azərbaycan LKGİ Qasım İsmayılov Rayon Komitəsinin məktəbli gənclər şöbəsinin müdiri, 1957-ci ildən isə birinci katibi vəzifəsinə irəli çəkilmişdir.
Niyaz Kərimov 1961-ci ildə Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon Komitəsinin ikinci katibi, 1963-cü ildə isə Qasım İsmayılov Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir. Həmin il daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komitəsinin inspektoru işləmişdir.
1965-ci ildə Niyaz Kərimov Azərbaycan KP İmişli Rayon Komitəsinin ikinci katibi, 1968-ci ildə isə birinci katibi seçilmişdir. 1978-ci ildən həyatının sonunadək Azərbaycan KP Qutqaşen Rayon Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Niyaz Kərimov 1957-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan Kommunist Partiyasının XXVIII, XXIX, XXX qurultaylarında Azərbaycan KP MK üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin səkkizinci, doqquzuncu və onuncu çağırış deputatı olmuşdur. "Oktyabr inqilabı" ordeni, üç "Qırmızı əmək bayrağı" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.
Niyaz Kərimov 24 dekabr 1981-ci ildə 51 yaşında vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan Kommunist Partiyası Qutqaşen Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası İmişli Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Qasım İsmayılov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları