Zavala monastırı (, ) — Müqəddəs Məryəm ana məbədinə giriş şərəfinə - Bosniya və Herseqovina Federasiyası, Ravno icması, Herseqovina-Neretva Kantonunun Zaxumsko-Herseqovina və Serb Pravoslav Kilsəsinin Primorski yeparxiyasının Zavala kəndindəki monastırı.
Məbəd Ostroq dağının ətəyində Popovo-Polye vadisində yerləşir. Tarixi Zavala monastırının dəqiq qurulma tarixi məlum deyil. Xalq arasında deyilənlənlərə istinadən, bu ərazidə ilk kilsə İmperator I Konstantin tərəfindən ucaldılıb. Monastr haqqında ilk yazılı qeyd 1514-cü ilə aiddir və bu qeyd Abbat Serapionun rəhbərliyi ilə Orahov Do kəndində üzüm bağlarından alınan məhsuldarlıq ilə bağlı idi.
1587-ci ildə yeni məbəd tikildi. 1619-cu ildə Hilandr rahibi Georq (Mitrofanoviç) tərəfindən qeydə alınıb. 1621-ci ildə gələcək serb iyerarxı Vasili Ostrojski Zavala monastırına kilsə şagirdi olaraq gəlir. XVII-XVIII əsrin əvvəllərində Türk-Venesiya müharibələri zamanı monastır bir neçə dəfə zədələnmiş, 1722-ci ildə isə dağıdılmışdır. XIX əsrdə hegumen İsaya (Şoiç) tərəfindən bərpa edilmişdir. İkinci Dünya müharibəsi zamanı monastır Ustaşe tərəfindən böyük ziyan gördü. 1992-1995-ci illər Bosniya müharibəsi zamanı Zavala döyüş bölgəsi ərazisində olduğu üçün, məbəddən başqa monastırın bütün binaları dağıdılmışdı. 2000-2002-ci illər ərzində monastır tamamilə bərpa edilmişdir.
Zavala monastır kilsəsi 2003-cü ildən Bosniya və Herseqovinanın milli abidələri siyahısına alınmışdır.
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə monastırlar Kateqoriya:Bosniya və Herseqovinanın milli abidələri